Qum Dini Elmlər Hövzəsinin tələbəsi, AİP sədrinin müavini Azərbaycanın bəzi xəbər portallarında gəzən şaiyələrə cavab verdi.
Arannews -SəhərAzəri-nin məlumatına əsasən, yazının başdan ayağa hazırlanmış bir ssenariyə bənzədiyini bildirən Elçin Abbasov deyib: Qum Dini Elmlər Hövzəsinin adına yaxılan bir qara yaxmanın şahidi oldum. Gültəkin Məcidova adlı bir şəxsiyyəti bilinməyən varlığın adı ilə bir replika ilə ortaya düşüblər.
Onun sözlərinə görə, Müqəddəs Əhli Beyt (ə.s) şəhəri olan Qum Azərbaycan xalqının əsrlərlə ziyarətə gəlib getdiyi və həmçinin 120 xarici dövlətin vətəndaşlarının təhsil aldığı bir elm ocağına qarşı qara-piar kampaniyasının keçirildiyi göz qabağındadır.
Gültəkin Məcidovanın iddialarının əsassız olduğuna diqqət çəkən partiya funksionerinin qəaətincə bu şəxs düz danışırsa, ən azından Azərbaycan Səfirliyinə müraciət edib məsələni lap diplomatik səvviyyədə gündəmə gətirə bilərdi.
Elçin Abbasov qeyd edib ki, bele bir rəsmi müraciət və fakt ortada yoxdursa, o demekdir ki, başdan ayağa düzülüb qoşulmuş və "sionist" qələmi ilə yazılmış bir məqalədir. Məqsəd isə şiəliyi hədəfə alaraq onu gözdən salmaqdır; özü də Qum şəhərinin adını hallandırmaqla.