Tarix : 2021 Sep 04
Kod 61632

Bu gün AİP sədri Mövsüm Səmədovun doğum günüdür

Bu gün Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədovun doğum günüdür

Arannews :Azərbaycan İslam Partiyasının sədri Doktor Hacı Mövsüm Səmədov 4 sentyabr 1965-ci ildə Quba rayonunda ziyalı ailəsində anadan olub.
O, Azərbaycan Tibb Universitetini bitirib. Vətən qarşısında hərbi xidmət borcunu zabit heyətində yerinə yetirib.
M. Səmədov həkimlik peşəsilə bir neçə il insanların xidmətində dayanıb. O, sonra həm də Ali ruhani təhsili alıb.
1990-cı ildə Mövsüm Səmədov Milli Azadlıq Hərəkatında iştirak edib. O, siyasi fəaliyyətinə AXC sıralarında başlamışdır.
1993-cü ildə Mövsüm Səmədov Azərbaycan İslam Partiyası sıralarına qəbul edilib. Hacı Mövsüm Səmədov əvvəlcə AİP Quba Rayon Komitəsinə, 2007-ci ildə siyasi qurumun növbəti qurultayında seçilərək partiyaya rəhbərlik etməyə başlayıb.
Doktor Hacı Mövsüm Səmədov bu gün islamçıların lideri və AİP sədri kimi sevilir, onun bütün fikir və düşüncələri böyük rəğbətlə qarşılanır.

  • Yazılıb
  • da (də) 2021 Sep 04
  • Göndərən جهان کمالی