Tarix : 2021 Sep 05
Kod 61634

Rusiyanın saxtakarlığına etiraz

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti dəfə məktub ünvanlayıb.

Arannews -Rakurs.tv sözügedən məktubu təqdim edir:
"Bizlər heç vaxt xəyanəti unutmamışıq. Hansı güclərin sayəsində torpaqlarımızın 30 ilə yaxın işğalda qalmasını da yaxşı bilirik. Rəşadətli ordumuzun gücü, xalqımızın birliyi və inamı ilə 30 ildən sonra torpaqlarımız azad olundu, bir qisminin azadlığı isə qeyri-müəyyən zamana buraxıldı. Heç şübhəmiz yoxdur ki, bizim müzəffər ordunun o torpaqları da azad etməyə gücü və imkanı vardır. Lakin bir zamanlar bizimlə gizli və aşkarda düşmənçilik edən şimal qonşumuz vətən müharibəsi dönəmində qismən qənaətbəxş çıxışları ilə özünü strateji müttəfiq kimi göstərdi. Öz hərbi qüvvəsini müəyyən say tərkibində sülhməramlı sifəti ilə Qarabağ ərazisinə daxil etdi. 10 aya yaxındır ki, həmin dırnaqarası sülhməramlılar öz işlərini yerinə yetirmək əvəzinə xain qonşumuzla birlikdə bölgədə təxribatlar yaradır. Elə həmçinin Qarabağ ərazisində məskunlaşmış azsaylı xalqları da qızışdırmaqla məşğuldur. Bu abu-havanı təkcə ölkə əhalisi görmür, beynəlxalq təşkilatlar və siyasi xadimlər də görüb-eşidirlər. Sülhməramlıların yerləşdikləri ərazidən dəfələrlə bizim tərəfə atəş açılır. Hərbçilərimizin həyatı və sağlamlıqları təhlükə altında olur. Bizim ərazimizdə seperatçı rejim müdafiə edilir. Onlara hərbi təlimlər keçirilir, quldur dəstələri silahlandırılır. Məlumdur ki, bu xalqlar arasında dinclik yaratmaqdan daha çox növbəti müharibənin başlamasına yol açır. Sülhməramlıların yerləşdikləri istiqamətlər olan öz torpaqlarımızda bir hərbçimizi əsir götürmək də bizə qarşı hörmətsizlikdir. Bu hadisəyə birbaşa Rusiya Prezidentinin etinasız yanaşması da onu göstərir ki, bütün bunlar məqsədli şəkildə ermənilərə satılmış erməniməramlı əsgərlər tərəfindən qəsdən edilir və 10 Noyabr kapitulyasiya maddələrinə tam əməl olunmur, seperatçı rejimin quldur dəstələri tərkisilah edilmir. Sadəcə bir daha xatırlatmaq istəyirəm ki, ən azından uzun zaman içərisində Azərbaycan xalqının necə olduğunu sizlər yaxşı bilirsiniz. Öz torpaqlarının və dəyərlərinin bir qarışından da bundan sonra keçən deyil.Bizim xalqın öz haqqı uğrunda necə inadkar olduğunu hamıdan yaxşı sizlər anlamalısınız. 44 günün qalib savaşçısı kimi əzmlə, qətiyyətlə döyüşmək, torpaqlarını azad etmək üçün gücü də var.
Tarix boyu bizlərə arxadan zərbə vursa da, müharibə dövründə Putinin tutduğu normal mövqeyə görə bizim torpaqlara xoşməramlı sifətində girdiyiniz üçün böyük etirazlarla qarşılaşmadınız. Amma bu o demək deyil ki, öz bildiyinizi etməlisiz, bizim xalqa, dövlətə hörmətsizlik olunmalıdır və biz də buna sakit baxacağıq. Müddətli olduğunuz torpaqlarda lazımsız və yersiz hərbi təlimlərə son qoyun və saxladığınız hərbi qulluqçumuzu təhvil verin. Çalışın, sizə verilən növbəti şansı düzgün dəyərləndirəsiniz. Əks halda, buralarda xainləri və xəyanətkarları itiqovanla qovurlar. Sülhməramlılarınıza nəzarət edin və onları doğru istiqamətləndirin ki, vəziyyət daha da "qanqrenaya" dönməsin. "Qanqrenaya" dönəni də heç vaxt saxlayıb yük etməzlər, kəsib atarlar.

Abbas Hüseyn"

  • Yazılıb
  • da (də) 2021 Sep 05
  • Göndərən جهان کمالی