İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları şiələrin böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkimin vəfatı münasibəti ilə başsağlığı ismarıcı verib.
Arannews -Hedef14.org xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin başsağlığı mesajında deyilir:
"Bismillahir-Rəhmanir-Rəhim. Mühəqqiq alim, mərhum Ayətullah Hacı Ağa Seyid Məhəmməd Səid Həkimin (Allahın rəhməti ona olsun) vəfatı münasibəti ilə Nəcəf şəhərinin əzəmətli elmi dini hövzəsinə, təqlid mərcələrinə və oranın digər hörmətli alimlərinə, Təbatəbayi Həkimin hörmətli ailəsinə, övladlarına və digər əzizlərinə təsliyət deyirəm.
O, böyük təqlid mərcəsi, fiqh və üsul elmlərində dəyərləri əsərlərə sahib biri idi. Onun yoxluğu dini hövzə üçün böyük elmi itkidir.
O mərhuma Allahın rizvanını istəyirəm."
Seyyid Əli Xamenei
13 Şəhrivər 1400 hicri-şəmsi
4 Sentyabr 2021 milad