Tarix : 2021 Sep 06
Kod 61641

İranlı qadın motosikletçi: İranda motokros pistində motosiklet sürmək üçün qadınlara qarşı maneə yoxdur

Türkiyədə keçirilən beynəlxalq motokros yarışının iranlı qadın təmsilçisi Fəhimə Nemətullahi: İranda motokros pistində motosiklet sürmək üçün qadınlara qarşı heç bir maneə yoxdur
Arannews :Beynəlxalq motokros yarışının iranlı qadın təmsilçisi onun bu yarışlarda iştirakına verilən reaksiyalara münasibət bildirərək deyib: “Mənim iştirakım başqaları üçün, hətta kişilər, dünya federasiyası və Türkiyə federasiyası üçün də maraqlı idi. Bunun səbəbi bir xanımın islami hicabla bu yarışlara qatılmasıdır. İranda motokros pistində motosiklet sürmək üçün qadınlara qarşı heç bir maneə yoxdur. Çoxlarının mənim burada iştirak etməyimdən xəbəri olmaya bilər. Ümid edirəm ki, bu reportaja baxdıqdan sonra pistlərə daxil olacaqlar və bu ixtisas üzrə qadınların sayı artacaq, sahib olduğumuz istedadlar çiçəklənəcək.”
Qadınların beynəlxalq motokros yarışları (WMX) 5 sentyabrda Türkiyənin Qarahisar bölgəsində keçiriləcək.
  • Yazılıb
  • da (də) 2021 Sep 06
  • Göndərən جهان کمالی