Tarix : 2021 Sep 06
Kod 61642

Qarabağ müharibəsinin şəhid komandirinin qızı Tibb Universitetinə qəbul oldu

Azərbaycanın milli qəhrəmanı General Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universiteti imtahanlarında qəbul oldu.
Arannews :Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının silahlı qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini olmuş General-mayor Polad Həşimov 2020-ci ildə Azərbaycan torpaqlarının müdafiəsi zamanı canından keçdi. Bu ilin may ayında İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi, Vəliyyi-fəqihin nümayəndəsi və İran səfirliyinin hərbi attaşesi ilə birgə bu şəhidin evinə gedərək, onun ailə üzvlərilə görüşmüş və General Qasim Süleymaninin adı yazılmış “Beynəlxalq Fədakarlıq Mükafatı” medalı və lövhəsini onun həyat yoldaşı və övladlarına təqdim etmişlər.
 
  • Yazılıb
  • da (də) 2021 Sep 06
  • Göndərən جهان کمالی