Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi özünün “Twitter” səhifəsində paylaşımında 10 noyabr üçtərəfli bəyanatından sonra işğaldan azad edilmiş ərazilərdə görülən işlərin siyahısını açıqlayıb.
Arannews :Leyla Abdullayeva bildirib ki, 15 510 hektarlıq hissədən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib.
O bu sayda minanın təmizlənilməsi ilə, deyilən sahənin tamamiylə minasız ərazi hesab olub-olmadığını aydınlaşdırmayıb. Əgər 300 gün ərzində 15 min hektar ərazi minadan təmizlənilibsə və minalanmış ərazilərin sahəsi 350-830 kvadrat kilometr təşkil edirsə, Azərbaycan Respublikasının minadan qurtarması üçün 1-6 il vaxt lazımdır.
Qeyd edək ki, Rəsmi Bakının ciddi çağırışlarına rəğmən Minsk qrupunun həmsədr ölkələri eləcə də beynəlxalq təşkilatlar Ermənistana minalanmış ərazilərin xəritəsini verməsi üçün təzyiq göstərmədilər.
Bunun nəticəsində Leyla Abdullayevanın bildirdiyinə görə 10 noyabr bəyanatından sonra 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb.