Tarix : 2021 Sep 07
Kod 61649

DEVAMM-ın sədri Azərbaycanda spirtli içkilərə təlabatın artmasına etiraz edib

DEVAM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri və İçərişəhər Cümə məscdinin imam camaatı Azərbaycanda spirtli içkilərə təlabatın artmasına və onun istifadəsinin çoxalmasına etiraz edərək, bunu biabırçılıq və utanc gətirən mövzu adlandırıb.
Arannews :Hacı İlqar İbrahimoğlu “Musavat”-a verdiyi açıqlamasında deyib: “Alkoqollu içkilərə yarım milyard manat sərf olunması utanc gətirən və ziyanlı bir mövzudur. Bu yarım milyardı ailələrə, uşaqlara, həyat yoldaşlarına, təhsilə, yoxsullara və digər zəruri yerlərə xərcləmək olardı. Həmişə həcc məsələsində “nə üçün həccin pulunu digər faydalı işlərə sərf etmirlər” deyənlər haradadır? Mən də indi həmin sualı bu “məlumatlı” təbəqədən soruşuram. Mən onlara ziyalı yox, “məlumatlı” təbəqə deyirəm. Çünki onlar ziyalı deyil, təkcə məlumatlı təbəqədir. Əgər ziyalı olsaydılar, belə söz danışmazdılar. Haradadır o məlumatlı təbəqə? Niyə təbil çalımır ki, ölkədə yarım milyard manat bütün fəsadların, mənfiliklərin, zərərlərin, səhvlərin kökünün qayıtdığı bir şeyə xərclənir? Alkoqollu içkilərə bu qədər xərclənir, sonra da deyirlər ki, toplumda şiddət artıb! Məlumdur ki, bu alkoqollu içkilərin istifadəsi aqressivliyə gətirib çıxaracaq, ailələrin dağlması artacaq. Alkoqollu işçkilərin istifadəsi ilə bütün mənfi vərdişlər adi görsənəcək. Ən dəhşətlisi isə budur ki, pivəni də limonad kimi göstərmək, adiləşdirmək prosesi gedir,  bütün yerlərdə təbliği və reklamı gedir. Halbuki, dünyada ən azından alkoqollu içkilərin satışı üçün bəzi saatlarda məhdudiyyətlər qoyulub və bəzi yaş hədləri üçün qadağalar vardır. Ancaq bizim ölkəmizdə şərab evləri 24 saat fəaldır, camaatın bütün mənəviyyatına və ruhuna mənfi təsir qoyur.
Hacı İlqar İbrahimoğlu “qadağalar qoymaqla problem həll olurmu” sualını cavablandıraraq deyib: “Məsələ, alkoqollu içkilərin asan əlçatan olmasındadır. Hətta, onun dini baxımdan haram olması, kəbirə günah olması və insanı məhv etməsini qırağa qoyub, humanizm, əqli və dünyəvi meyarlarla mövzuya baxaq. Siz küçə ilə gedəndə hansı elmi, hansı yenilik və yaradılıcığa aid bir təbliğ görürsünüz? Ancaq hara baxırıqsa, addım-addım alkoqollu içkilərin reklamını görürük.”

 
  • Yazılıb
  • da (də) 2021 Sep 07
  • Göndərən جهان کمالی