Times Higher Education yeni reytinqində İranın daha 12 universiteti yer alması ilə bu ölkənin 59 universiteti dünyanın ən nüfuzlu ali məktəbləri sırasına daxil olub.
İSC-nin beynəlxalq elmi əməkdaşlıq və ictimai əlaqələr bölməsinin verdiyi xəbərə görə, Times-2022 reytinqində İranın daha 12 universitetinin yer alması ilə, bu ölkənin 59 universiteti dünyanın ən nüfuzlu ali məktəbləri sırasına daxil olub.
Times reytinqi saytında 2012-2014-cü illər arasında İranın yalnız 1 universiteti yer ala bilmişdi. 2015-ci ildə daha 2 universitet: Şərif-Sənət və İsfahan-Sənət reytinqə əlavə olundu. 2016-cı ildə bu universitetlərin sayı 8-ə yüksəldi. Bu say 2017-ci ildə 13, 2018-ci ildə 18, 2019-da 29, 2020-də 40, 2021-də 47 universitetə çatdı.
2022-ci ildə 12 yeni universitetin bu cədvələ artması ilə 59 universitet reytinqdə yer aldı və dünyanın 1600 ən nüfuzlu universiteti arasında İran 99 pillədə dayandı. (Bu reytinqdə 4 universitet reporter adını almışdır.) Sözügedən mövzu İranın mötəbər beynəlxalq reytinqində daha çox irəliləyə biləcəyini müjdə verir.
Times-in 2022-ci il üçün cədvəlində 24 İslam ölkəsi reytinq sahibidir. İran 59 universitetlə birinci, Türkiyə 54 universitetlə ikinci olmaqla bu cədvəldə ən çox yer tutan İslam ölkələridir.