Arannews -Hedef14.org xəbər verir ki İslam İnqilabının Ali Rəhbəri Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullaha ünvanladığı məəktubda Livan Şiələrinin Ali İslami Məclisinin sədri, höccətülislam vəlmüslimin Şeyx Əbdülamir Qəbəlanın vəfatı münasibətilə başsağlığı verib.
Ayətullah Xameneinin Seyyid Həsən Nəsrullaha ünvanlanan müraciətində belə deyilir: "Mübariz din alimi, mərhum höccətülislam vəlmüslimin cənab Şeyx Əbdülamir Qəbəlan vəfatı münasibətilə o şəxsiyyətin möhtərəm ailəsinə, Ali Məclisin dəyərli məcmuəsinə, mərhumun bütün dostları və tərəfdarlarına və bütün Livan şiələrinə başsağlığı verirəm.
Müqavimət cərəyanı və sizin özünüz üçün dəyərli və vəfalı bir dost olan o şəxsiyyət Livanda yüksək hədəflərə xidmətdə bərəkətli ömür sürüb. Onun ölümü təəssüf doğurur. Allah-Taaladan onun üçün rəhmət və bağışlanma diləyirəm".