Livanın Hizbullah hərəkatı Fələstin mücahidlərinin həbsxanadan qaçmasının sionist rejimin təhlükəsizlik və kəşfiyyat xidmətləri üçün biabırçı məğlubiyyət olduğunu vurğulayıb.
Arannews :Hurseda xəbər verir ki, Hizbullah hərəkatı 6 fələstinli əsirin İsrail rejiminin “Gilboa” həbsxanasından qaçmasına cavab olaraq, bu mücahidlərin hərəkətinin çox mühüm uğur olduğunu qeyd edib.
Hizbullah bəyanatında belə qeyd edib: “Bu uğur İsrail rejiminə və ciddi təhlükəsizlik tədbirlərinə güclü yumruq oldu”.
Açıqlamaya görə, bu uğur Fələstin xalqının torpaqlarını və əsirlərini azad etmək üçün göstərdiyi sayıqlığın, ayıqlığın, səbrin və daimi cihadın başqa bir səbəbidir.
Hizbullah bu uğurun İsrail rejiminin həbsxanalarında olan fələstinli əsir və məhbus məsələsinə yenidən baxmaq üçün fürsət olduğunu bildirib.
Hizbullah onu da qeyd edib ki, Fələstin mücahidlərinin bu hərəkəti sionist rejimin məhbuslara qarşı vəhşiliklərini və təhlükəli təcavüzünü ifşa etmək üçün fürsətdir.
Hizbullah bəyanatının sonunda Allahdan azadlığına qovuşan məhbusları qorumağı və müqavimət qüvvələrinin bütün məhbusları azad edə bilməsini istəyib.