Tarix : 2021 Sep 09
Kod 61656

Putin və Mişel Qarabağı müzakirə ediblər

Sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putin və Avropa Şurasının sədri Şarl Mişel Qarabağda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə Mişel Tvitter hesabında yazıb.

"Arannews -Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivlərinə baxış mübadiləsi aparılıb, dialoq və etimadın formalaşdırılması vacibdir", - Mişel yazıb.
O qeyd edib ki, Əfqanıstan mövzusu və Belarus hökumətinin Avropa İttifaqı ölkələrinə qanunsuz miqrasiyaya xidmət edən qanunsuz hərəkətləri də müzakirə olunub.

  • Yazılıb
  • da (də) 2021 Sep 09
  • Göndərən جهان کمالی
Açar sözlər