Tarix : 2021 Sep 11
Kod 61662

“Əbülfəs Qarayevin hər şeydən xəbəri olub”

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Zakir Sultanov keçmiş nazir Əbulfəs Qarayevin dindirilməsini tələb edib.

Arannews :hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azəraqrartikinti ASC-nin filial müdiri Nüsrət Ömərov ifadə verib.
O deyib ki, İncəsənət Muzeyindəki təmir işlərinə görə keçirilən tenderdə ASC qalib olub və Dövlət Xidmətindən onların şirkətinə 31 milyon manat pul ayrılıb.
Daha sonra təqsirləndirilən şəxs məhkəmədən çıxış üçün söz istəyib. O, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb edib.
Z.Sultanov bildirib ki, nazirlikdə həyata keçirilən bir çox işlərdən Ə.Qarayevin xəbəri olub.
Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin edilib.
2020-ci il mayın 8-də Zakir Sultanov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı. Azərbaycan Respublikası xalqının tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması işlərinə başçılıq edən Zakir Sultanov bu sahəyə ayrılan dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.
Zakir Sultanov saxlanıldıqdan sonra Azərbaycan Respublikası keçmiş mədəniyyət naziri Əbulfəs Qarayev vəzifəsindən kənarlaşdırıldı. Hərhansı nazirin başçılıq etdiyi nazirlikdə baş verən qanunsuz əməllərdə məsuliyyət daşımasına baxmayaraq Əbulfəs Qarayev Mədəniyyət Nazirliyindəki geniş yeyinti halları ilə bağlı cinayət işinə cəlb edilməyib və bu cəmiyyətdə ciddi suallar doğurur.  

  • Yazılıb
  • da (də) 2021 Sep 11
  • Göndərən جهان کمالی