İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının 75-ci eskadrasının Atlantik okeanında dənizçilikdən geri dönməsindən sonra İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə bu böyük tapşırıqdan qüdrət və izzətlə qayıdışı təbrik ediblər.
Arannews : verdiyi məlumata görə, Həzrət Ayətullahül-uzma Xameneinin İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Musəviyə bəyan edilən müraciətinin mətni belədir: Ölkənin dənizçilik tarixində ilk dəfə olaraq həyata keçirilən İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının 75-ci eskadrasının Atlantik okeanı boyunca böyük dənizçilik tapşırığından qüdrət və izzətlə geri dönməsini təbrik edirəm.
Müraciətdə deyilir ki; bu gün əlhəmdülillah, İran İslam Respublikası Ordusu özünün yorulmaz, qeyrətli və agah işçiləri ilə səhnədə və əzəmətli İslam İnqilabının yüksək hədəfləri istiqamətində mübarizəyə hazırdır.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı bu müraciətdə vurğulayıblar ki; bu qabiliyyətləri qoruyun və yüksəldin.
Mənim təşəkkür və minnətdarlığımı eskadranın komandiri, məsul şəxsləri və əziz işçilərinin hər birinə çatdırın.