Tarix : 2021 Sep 13
Kod 61672

Azərbaycan Respublikası XİN-indən sərt cavab

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-ın İrəvandakı səfirinin status çağırışına cavab verib.

Arannews :ABŞ-ın Ermənistandakı səfiri “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir” söyləyib. 
Azərbaycan Respublikası XİN sözçüsü Leyla Abdullayeva ABŞ səfirinin bu açıqlamasınıqəbuledilməz adlandırıb.
L.Abdullayeva deyib: Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.
Azərbaycan Respublikası XİN rəsmisi ABŞ-I regionda vəziyyəti gərginləşdirməkdə ittiham edərək deyib: 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. 
L.Abdullayeva ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyətinin hələ bəlli olmadığı bir şəraitdə həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsinin, Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirəcəyini də vurğulayıb.

  • Yazılıb
  • da (də) 2021 Sep 13
  • Göndərən جهان کمالی