Tarix : 2021 Sep 14
Kod 61676

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları birgə təlimdə müxtəlif silahlardan atəş açıb

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Arannews :Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.
Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

  • Yazılıb
  • da (də) 2021 Sep 14
  • Göndərən جهان کمالی