Tarix : 2021 Sep 16
Kod 61683

Azərbaycanda çörəyin qiyməti bahalaşdı

Bu gün səhər saatlarından etibarən marketlərdə bəzi növ çörəklərin qiyməti bahalaşıb.

Arannews :Bu barədə “Qafqazinfo”ya alıcılar məlumat verib. Bildirilir ki, əvvəllər 55-59 qəpik civarında alınan doğranmış çörəklərin qiyməti hazırda 70 qəpikdir.  Qiymətlərində dəyişiklik edilən məhsullar isə əsasən “Çörəkçi” və “Nömrə 1” şirkətlərinə məxsusdur.
“Nömrə 1” şirkətinin nümayəndəsi açıqlamasında qiymətlərdəki artımı təsdiqləyib: "Artım marketlər tərəfindən süni qaldırılmayıb, şirkət təbii səbəblərə görə qiyməti qaldırıb”.
Supermarketlər də çörəyin qiymətindəki bahalaşmanı təsdiqləyiblər.
Xatırladaq ki, ölkədə bu ilin fevralın ikinci yarısında da satışda olan bəzi çörəklərin qiyməti təqribən 20 faiz bahalaşmışdı. 

  • Yazılıb
  • da (də) 2021 Sep 16
  • Göndərən جهان کمالی