Tarix : 2021 Sep 18
Kod 61687

Ermənistanla münasibətlərin normallaşmasında ikili yanaşma – QEYDLƏR

Azərbaycan Respublikasının torpaqlarının bəzi hissələrinin hələ də işğal altında olduğu halda, Ermənistan Respublikası ilə münasibətlərin normallaşması məsələsindəki bəzi yanaşma və rəftarlardakı ziddiyyətin müşahidə edilməsi, ötən 30 ildə uydurma bəhanələrlə İranı Ermənistanı dəstəkləmə ya onlarla əlaqələrdə ittiham edən şəxslərin kimliyini ifşa edə bilər.
Arannews :Azərbaycan Respublikasının torpaqlarının bəzi hissələrinin hələ də işğal altında olduğu halda, Ermənistan Respublikası ilə münasibətlərin normallaşması məsələsindəki bəzi yanaşma və rəftarlardakı ziddiyyətin müşahidə edilməsi, ötən 30 ildə uydurma bəhanələrlə İranı Ermənistanı dəstəkləmə ya onlarla əlaqələrdə ittiham edən şəxslərin kimliyini ifşa edə bilər.
27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 44 günlük hərbi qarşıdurmadan sonra, 9 noyabrda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın müştərək bəyənatı imzalaması ilə müharibə başa çatdı.
Bu razılaşmaya əsasən, Ermənistan Azrəbaycan Respublikasının işğalda olan Ağdam, Kəlbəcər və Laçın ərazilərini boşaltmaqla yanaşı, Naxçıvandan Azərbaycan Respublikasına quru yolu çəkilməsinə də şərait yaratmalıdır. Qarşı tərəfdən isə, Azərbaycan Respublikası da öhdəlik götürdü ki, hərbi əməliyyatları dayandırmaqla, Qarabağın Ermənistana qoşulması üçün Laçın koridorunun (5 km enində) təhlükəsizliyinə zəmanət versin və qərara alındı ki, Rusiya öz sülhməramlı qüvvələrini bu bəyanatın icra edilməsi məqsədilə Dağlıq Qarabağın və Azərbaycan Respublikası ilə Ermənistanın sərhəd məntəqələrində yerləşdirsin.
Azərbaycan Respublikasında İslam və bu regionun müsəlman xalqının sionist rejim olan İsrail və Amerika kimi düşmənlərinə bağlı muzdurların bəzisinin yanında olan bəzi siyasətçilər və yazıçılar ötən 30 il ərzində İran İslam Respublikasının təmənnasız dəstəkləri və həqiqətlərinə göz yummuş, habelə uydurma və təkrar bəhanələrlə, İranı Ermənistana dəstəkdə ittiham edirlər və indi də, atəşkəs müqaviləsi və müharibənin dayanmasından sonra da, bu köhnə adətlərindən əl çəkmirlər. Lakin danılmaz, rəsmi və inkarolunmaz fakt və sənədlərə əsasən, 1990-cı illərin əvvəllərində böhranın başlaması ilə İran İslam Respublikası var gücü ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təcavüz olunmasının və Ermənistan ordusunun bu ölkə torpaqlarında irəliləməsinin qarşısını almaq üçün heç bir yardımdan çəkinmədi və İraqın o zamankı prezidenti Səddam Hüseynin İran əleyhinə müharibəsindən çox da vaxt keçmədiyi şəraitdə, bu müharibədə qaçqın düşmüş minlərlə azərbaycanlını himayəsi altına aldı və dəstəklədi. Bunun ardınca, böhranın həlli üçün aktiv diplomatik addımlar atdı və əlbəttə, İran İslam Respublikasının vasitəçiliyi də düşmənlərin planı və Azərbaycan Respublikası daxilindəki bəzi xəyanətkarların yönləndirməsilə erməni tərəfin sabotajı və sui-istifadə etməsinə, habelə namərdcəsinə hücum etmələrinə səbəb oldu və nəticəsiz qaldı.
Tehranın Bakını aşkar və gizli formada dəstəkləməsinin həcmi və növü barədə bəhs çox müfəssəldir. Təkcə nümunə olaraq, 44 günlük Qarabağ müharibəsi başa çatmazdan öncə İran İslam İnqilabının dahi rəhbərinin təsirli və həlledici çıxışına (3 noyabr 2020) işarə etmək olar ki, buyurdu: “Bu hərbi qarşıdurma mümkün qədər tez başa çatmalıdır; əlbəttə, Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan Respublikası torpaqları azad edilməli və Azərbaycana qaytarılmalıdır.” İran İslam Respublikası rəhbərinin bu sözləri və dəstəkləri adi bir dəstək ya gündəmə görə deyil və ümumiyyətlə, necəki beynəlxalq səviyyədə siyasətçilə etiraf edirlər ki, bu növ çıxış İran İslam Respublikasının Azərbaycan Respublikasına dəstəyindəki möhkəm və dəyişməz strategiyasından xəbər verir. Belə ki, bu dəstək 1990-cı illərdən başlayaraq olmuş və yenidən vurğulanmışdır. İndi isə, əgər rəhbərin dəstəkləri və xüsusilə 3 noyabrdakı Azərbaycan Respublikasının bütün torpaqlarının işğaldan azad edilməsinin lazımlığı barədəki çıxışına diqqət etsək, olduqca mühüm olan bu nəticəyə çatırıq ki, bu çox yüksək səviyyədə olan tələbə Azərbaycan Respublikasındakı siyasətçilər də kifayətlənmişdilər və bir müddətdir ki, Qarabağın tam azadlığına diqqət etmədən, Ermənistanla münasibətlərin normallaşması ardıncadırlar. Halbuki, bu ölkənin Ermənistan Respublikası ilə münasibətləri normallaşdırmasının pərdə arxasında da hiss olunur ki, üçüncü ölkələrin maraqlarının təmin olunması Azərbaycan Respublikasının müsəlman xalqının haqlarının tam təmin edilməsi və İslam torpaqlarının tam azad eilməsindən önə keçmişdir. Bəzi ölkələr ötən 30 il ərzində öz məhsullarını Ermənistan bazarlarında satmaqla, öz bazar və iqtisadiyyatlarını sahmana salmış, indi isə Arazın o tayında öz siyasətlərini yeridərək öz milli mənafeləri, iqtisadi inkişaflarının ardıncadırlar.
Ağdamın azad edilməsindən sonra, Bakı və İrəvanın münasibətlərin normallaşması üçün Bakının hazır olduğu barədə səslər eşidilməyə başladı. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası arasında qurudan tranzit yolunun çəkilməsi məsələsində, belə siyasətlər, Azərbaycan əhalisi ilə yanaşı üçüncü ölkələrin faydalanması üçün izah edilir. Belə ki, bu müharibədə Türkiyənin birbaşa dəstəklərinin əvəzi ödənsin. Digər tərəfdən isə, Azərbaycanda Qarabağın tam azad edilməməsindən qaynaqlanan kütləvi rəydə formalaşmış ciddi narazılıqlar azaldılsın və yeri gəlmişkən, imzalanmış bu bəyanatın bəndlərində bu barədə çoxlu müəmmalar var.
İrəvanla Bakı arasında müharibə əsnasında, Türkiyənin Azərbaycan Respublikası ordusuna yardımları KİV-in geniş təbliği və Azərbaycan mediasının ifrat təbliğatı ilə nümayiş edilirdi. İndi isə, zahirən bu yardımların qarşılığı olaraq, Ermənistanla münasibətlərin normallaşdırılması ilə Türkiyənin mənafeyinin qorunması vaxtı çatmışdır. Türkiyə prezidenti də 29 avqustda Bosniya və Herseqovinaya səfərdən qayıdan zaman jurnalistlərə açıqlamasında dedi: “Biz Ermənistanla münasibətlərin tədricən normallaşdırılmasına hazırıq və birtərəfli ittihamlar yerinə gərək açıqgörüşlü mövqey sərgiləyək.”
Əlbəttə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Ermənistanın iqtisadiyyatının inkişafında mühüm rol oynaya bilər və Ermənistanın xarici siyasətini konstruktiv edə bilər. Digər tərəfdən isə, Türkiyə də Ermənistanla münasibətlərin normallaşdırılması ilə Cənubi Qafqazda öz nüfuzunu artırmaq istəyir. Sonda isə, unudulmaqda olan, Qarabağın azad edilməmiş torpağıdır.
İran İslam Respublikası özünün bütün qonşularına, xüsusilə Araz çayının şimalındakı qonşularına qarşı yaxşı qonşuluq siyasəti aparmaqla,  bir növ qədim İranın mənəvi və tarixi övladları sayılan iki qonşu ölkə arasında qarşıdurma və ixtilafların qarşısını almağa çalışmışdır. Digər tərəfdən isə, qonşular arasında düşmənçilik əbədi deyil və biz də Arazın şimalındakı iki ölkənin ixtilaf, müharibə və münaqişəsinin ardınca deyilik. Necəki, səkkiz illik “Müqəddəs Müdafiə”-dən sonra (bu günlərdə də İraqın Bəəs rejiminin İrana hücumunun il dönümü astanasındayıq), sonda iki ölkə olan İran və İraq iki dosta çevrilmişlər. Amma, unudulmaması lazım olan məsələ budur ki, niyə pantürk siyasətçilər ötən 30 il ərzində daima uydurma ittihamlarla Tehranı Ermənistanı dəstəkləməkdə və münasibətlərin normallaşdırılmasında ittiham edərkən, sözügedən ölkə ilə öz ölkələrinin və ya Türkiyə siyasətçiləri tərəfindən münasibətlərin normallaşdırılmasına heç bir reaksiya vermirlər, halbuki, hələ də Azərbaycan Respublikasının bəzi torpaqları işğal altındadır?!
Müxtəlif cəmiyyət və qrupların siyasət və rəftarları, onların müxtəlif mövzulardakı səmimiliyinin olmaması və ört-basdırlarının göstəricisi olsun. Bu gün bu ziddiyyət və ikiüzlülük Azərbaycan Respublikasının bəzi torpaqları işğal altında olmasına baxmayaraq, Ermənistanla münasibətlərin normallaşdırılmasında bəzilərinin reaksiya və rəftarında, özünün pik həddinə çatmışdır.
Bu qeyddə “niyə Azərbaycanın müsəlman xalqı və ordusunun təkbaşına azad etməyə qadir olduğu Azərbaycan ərazisinin tam azad edilməsindən öncə atəşkəs razılaşmasının qəbul edildi” kimi daha mühüm suallara yer vermək istəmirdim. Yaxud soruşum ki, Qarabağın azad edilməsinə bu ölkənin müsəlman xalqının imkanı və qüdrəti çatan zaman, niyə Azərbaycan Respublikasının müsəlman xalqının bu qədər iqtidarına sionist rejim olan İsrailin və başqa ölkələrin yardımlarının minnəti kölgə salsın? Niyə bəzi hallarda bu İslam torpağını azad etmiş şəhidlərin zəhmətləri və qanları, Azərbaycan istehsalı olmayan hərbi avadanlıqların təbliğatının səs-küyü arasında görünməsin və eşidilməsin?
Kim iddia edə bilər ki, Azərbaycanın müsəlman şəhidləri və döyüşçülərinin rəşadəti olmadan, qondarma İsrail rejiminin təchizatı və ya Türkiyə hərbi texnikaları Şuşanı azad edə bilərdi?! Heç vaxt! Şuşa yalnız İslam döyüşçülərinin qeyrəti və Azərbaycanın müsəlman ata və analarının duası ilə azad edildi. Vəs-səlam.

 
  • Yazılıb
  • da (də) 2021 Sep 18
  • Göndərən جهان کمالی