İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə Gorus-Qafan yolundakı vəziyyət haqqında müzakirə aparıb.
Arannews -Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə bölgədəki hazırkı proseslər, Azərbaycan və Ermənistan arasında sərhəd ərazilərdəki vəziyyət, Gorus-Qafan yolunda nəqliyyat vasitələrinin hərəkəti və digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.