Arannews -Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə Atatürk hava limanında keçirilən mətbuat konfransında deyib.
Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanın onunla görüşmək istəyinə cavab verib. Prezidentin sözlərinə görə, Gürcüstan baş naziri erməni həmkarının görüşmək təklifini ona çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır:
“"Bir neçə gün əvvəl Gürcüstanın baş naziri Qaribaşvili mənə Nikol Paşinyanın görüş istəyi ilə bağlı təklifini çatdırdı. Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyirsinizsə, burada müəyyən addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik. Belə bir görüşün baş tutması üçün Ermənistanın pozitiv addımlar atması lazımdır. Əgər Gürcüstan baş nazirinin dialoq istəyi həqiqətən səmimidirsə, mən də səmimiyyətimi göstərəcəyəm və belə bir görüş reallaşarsa, Türkiyə diplomatik əlaqələri bərpa edə bilər. Azərbaycanla Naxçıvanı birləşdirən dəhlizin açılması və ya açılmasına rədd cavabın verilməsi siyasi məsələdir. Biz ümid edirik ki, Azərbaycan və Ermənistan münasibətlərindəki gərginlik və çətinlikləri Zəngəzur dəhlizini açmaqla aradan qaldırmaq olar".