Bəsrədən yola başlayan və hazırda İraqın Musənna vilayətinin Səmava şəhərində olan Ərbəin zəvvarları gecə dincəldikdən sonra bu gün (18 sentyabr) sübh yenidən möhtəşəm yürüşə davam edirlər.
Arannews -Deyerler.org xəbər verir ki, İmam Hüseynin (ə) xidmətçiləri də zəvvarlara nəvazişdə tarix yazırlar. Ərbəin əyyamında Kərbəlaya aparan yollardakı İmam Hüseynin (ə) matəm alayları zəvvarlara etdikləri səxavət və xidmətləri ilə sərhəd tanımırlar.