Abgül Süleymanov 1976-cı ildə Bakıda dünyaya gəlib. 1993-cü ildə orta məktəbi 30 saylı orta məktəbdə bitirib.İranın Qum şəhərində Ali Dini təhsil alıb. Orta məktəbdə oxuyan zaman dəfələrlə Qarabağa könüllü getmək istədiyini bildirsələrdə, qardaşının şəhid olmasına və evdə tək oğul olduğuna görə, onun bu istəyinə yox deyirlər.
Arannews :Məktəbi bitirdikdən sonra idmanla, daha sonra ticarətlə məşğul olur. Gənc yaşlarından dinə, halal harama meyli onu namaz qılmağa vadar edir və özü dini kitablar oxumağa başlayır.
2002-ci ildə gəncləri dövrün narkomaniya, alkoqolizm və s. uzaq qalması üçün milli-mənəvi dəyərlərin təbliğinə başlayır. Gənclər arasında islam dininin ayinləri yayr.
2003-cü ildə əzadarlıq və heyyət təfəkkürünün təsisində xüsusi xidmət göstərir. Azərbaycanın müxtəlif bölgələrini dolaşan heyət, inanclı insanlar arasında böyük rəğbət qazanır.Səyyar formada qurulan məclislər Azərbaycanın milli-mənəvi əzadarlıq ruhiyyəsini tarixin qapanmış səhifələrindən qopararaq bu günün Azərbaycan reallığına bir daha nümayiş etdirir. 2005-ci il onun apardığı təbliğat və təşfiq işləri hüquqi müstəvi olaraq “Milli-Mənəvi Dəyərlər” adlı ictimai təşkilatın yaranmasına təkan verir. Türkiyədə keçirilən "Mavi Maramara" adlı tədbir başda olmaqla bir neçə beynəlxalq konfransa qatılıb.
Danimarkada İslam Peyğəmbərinin təhqiri, İsrailin Qəzzaya hücumu, Bakıda məscid sökülməsinə öz moizə və çıxışlarında sərt etiraz edir. Hicablı şagirdlərin məktəbə buraxılmamasına isə o davamlı sərt çıxışlarla etiraz edir və Təhsil nazirliyinin qarşısında keçirilən aksiyada ön cərgələrdə durur.
2011-ci ilin avqust ayında ləğv edilmiş MTN əməkdaşları tərəfindən İsmayıllıda saxlanılır və barəsində müxtəlif ittihamlarla həbs olunur. Əvvəl elan olunan ittihamların heç biri təsdiqini tapmır və o, digər ağır ittihamlarla məhkəmə qarşısına çıxarılır. Məhkəmədə Abgül Süleymanov, öz həbsini siyasi məqsədli olduğunu qeyd edir.