Germi əhalisinin İslami Şura Məclisində təmsilçisi Tvitter səhifəsində Azərbaycan Respublikası Parlamenti deputatının sayıqlamasına münasibət bildirib.
AranNews - Germinin İslami Şura Məclisində təmsilçisi və Məclisin ictimai komissiyanın sədri Vəli İsmaili öz Tvitter səhifəsində yazıb:
“Azərbaycan Parlamenti deputatı özünə gəlsin, bura İrandır...
İranlı aslanlar 8 il 24-dən çox ölkə ilə döyüşdü; 300 min şəhid verdi, bir qarış torpaq vermədi. Tarix şahiddir ki, biz torpaq yemişik, ancaq torpaq verməmişik.
Şirin quyruğu ilə oynamağın əvəziçıxılmaz aqibəti olacaq.”