Tarix : 2021 Sep 26
Kod 61715

General Səlami: Modern texnologiyanın sərhədlərini aşdıq

SEPAH-ın baş komandanı: “Biz öyrənmişik ki, düşmən özünün qələbə yolunu bizə öyrətmir. Ona görə də bütün problemlərin həlli öz inanclarımiz daxilindədir və bu bir mədəniyyət, bir etiqaddır.”
AranNews - SEPAH-ın baş komandanı general Səlami bombanın axtarışı və zərərsizləşdirilməsi üçün strateji avadanlıqların təqdimatı mərasimində deyib: “İnqilabın 40 ildən yuxarı tarixi bizim hamımıza böyük və əbədi dərslər öyrətmişdir.
Biz bu sərt yoxuşlar və böyük böhranlar arasından dəyərli həqiqətlər kəşf etmişik. Həmin hadisələr bizə öyrətmişdir ki, meydanda qazandığın hər müvəffəqiyyət cəmiyyətimizin zehnindəki uca səylərin, polad iradənin və möhkəm imanın məhsuludur.
Dünyada yaranan hər çıxılmaz vəziyyət insanlar və cəmiyyətin daxilindəki zehni bir çıxılmazlığın nəticəsidir. Biz bu problemlər və sıxıntılara təslim olsaydıq, bacarmazdıq və düşmənin iradəsinə tabe olmağa, onun zehnindəki plana əməl etməyə məcbur olardıq.”
SEPAH komandanı əlavə edib ki, inqilab rəhbərlərimiz bizə bacarmağı, himməti, özümüzə güvənməyi öyrədiblər. İnqilabın möhtəşəm dövrünün şəhidlərinin bərəkəti ilə inqilab qələbə çaldığı vaxtdan bu günədək onun dərslərinin nəticəsini gördük və problemlərə qalib gəlməyin mümkün olduğunu başa düşdük.
General Səlami çıxışının digər hissəsində deyib: “Bugün bacarmaq bizim üçün arzu deyil, reallıqdır. Ağıllı robot yolun başlanğıcıdır, bu işlər davam edəcək. Biz isbat etdik ki, problemlər yoxuşundan, düşmənin istəklərindən, onun məkirli və təhlükəli planlarından ötüb keçə və öz ehtiyaclarımızı təmin edə bilərik. İman və camiəmizin daxili qabiliyyətlərinə söykənsək, bütün çətinlikləri aradan qaldıra bilərik. Biz bu böyük səylər sayəsində modern texnologiyanın bir çox sərhədlərini aşa bildik və bir çox qüllələri fəth etdik. Düşmən bizi özündən asılı etməyə və təzyiq göstərməklə özünə təslim etməyə cəhd edirdi.”
SEPAH komandanı İranın müdafiə sahəsində nailiyyətlərinin dayanmayacağını və bu robotların daxili mütəxəssislərin əli ilə hazırlandığını vurğulayıb. O qeyd edib ki, düşmən iqtisadi sanksiyalar tətbiq etməklə bizi geridə saxlamaq, beləliklə özünə tabe etmək istəyirdi, ancaq İran xalqı Allahı seçdi və yaranan təhlükələrdən ötüb keçmək üçün heç vaxt düşmənə sığınmadı.
General Səlami deyib: “Biz medern texnologiyalar meydanını fəth etməyi, ehtiyac və texnologiya arasındakı fasiləni kəşf etməyi arzu edirdik. Bu bizim üçün strateji nailiyyətdir. Bunun nümunəsini müxtəlif sahələrdə şahid olduğumuz mürəkkəb texnologiyaların təqdim edilməsində görmək olar. Bu gün gördüklərimiz ölkəmizin uca himmətli cavanlarının on illik elmi və fövqəladə təlaşlarının nəticəsidir. Onlar bizi bu inkişaf etmiş texnologiyaya çatdırıblar. Mühəndislik və partlayışlar sahəsində nailiyyətlərimiz az idi, lakin birdən-birə alimlərimizin zehnində özünü təmin etmək qığılcımı və bu sahədə çiçəklənmək arzusu alovlandı.
Biz öyrənmişik ki, düşmən özünün qələbə yolunu bizə öyrətmir. Ona görə də bütün problemlərin həlli öz inanclarımiz daxilindədir və bu bir mədəniyyət, bir etiqaddır. Düşmən müasir texnologiyanı heç kimə vermir, ancaq biz düşməni gözləmirik.
İnsanın zehnində formalaşdırmadan ata bilməyəcəyi bir addım yoxdur və İslam qüllələri fəth etmək üçün zehinləri hazırlayır.”

   
 
  • Yazılıb
  • da (də) 2021 Sep 26
  • Göndərən جهان کمالی