Tarix : 2021 Sep 25
Kod 61723

Ayətullah Amili; beynəlxalq sionizmin gözünə tikan-Mirnəbi Əzizzadə

Qafqaz bölgəsində son siyasi və hərbi olaylardan sonra bir sıra mövzuların öz həllini tapmadığı və habelə, Qarabağın bir hissəsinin hələ də işğal altında qaldığı bir vaxtda Azərbaycan Respublikası mətbuat və sosial şəbəkələrinin azəri bölgələrinin ən görkəmli fəqihi və tanınmış müctəhidi həzrət Ayətullah Seyid Həsən Amiliyə qarşı ağır psixoloji və media təbliğatı başlamasının arxasında nə dayanır?
Arannews :Bu media hərəkətinin mənfi nəticələri hansı beynəlxalq siyasi cəbhəyə fayda verir və hansı cinah bundan ziyan görür? Bu mənfi və təxribat xarakterli təbliğat Azərbaycan, İran və Türkiyə xalqlarının hansı problemini həll edir?
SSRİ-nin parçalanmağa başladığı vaxtdan iki cəbhə Qarabağda üz-üzə dayandı:
1. Amerika, Fransa və Rusiya kimi ölkələrin başçılığı ilə beynəlxalq xaç və sionizm cəbhəsi. Erməni daşnak terrorçularından yararlanan bu cəbhəyə Avropa ölkələri və Fələstini işğal etmiş sionist rejimi hərtərəfli dəstək verirdi.
2. İslam torpağını (Qarabağ) müdafiə etmək, erməni işğalçıları ilə mübarizə aparmaq və onların Azərbaycan Respublikası torpaqlarında irəliləməsinin qarşısını almağa səy edən İslam dünyası cəbhəsinin yanında dayanmış Azərbaycan xalqı və hökuməti.
Bugün adıkeçən mediaların və psixoloji təbliğatlarının İrana, İslam İnqilabının müdrik rəhbərinə qarşı hörmətsizliklərinin, Ərdəbil əyalətində vilayət təcəllisi həzrət Ayətullah Seyid Həsən Amiliyi qarşı ardı kəsilməyən ittiham və təhqirlərinin əsas bəhanəsi “Qarabağ müharibəsində İranın ermənilərə dəstəyi” uydurmasıdır. Halbuki, ermənilərin Azərbaycan torpağına hücumu zamanı dünya və regional səviyyədə əvvəldən tam şücaətlə Azərbaycan hökumətinə və xalqına dəstək verən təkcə İran olmuşdur. Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xamenei Qarabağ müharibəsinin başladığı ilk vaxtlardan erməniləri işğalçı, təcavükar və zülmkar adlandıran yeganə siyasi və dini şəxsiyyətdir. Belə ki, ötən 30 ildə çox aydın şəkildə demişdir: “Qarabağ İslam torpağıdır və bütün o ərazilər işğaldan azad edilməli, Azərbaycan Respublikasına qayıtmalıdır.”
Həmin mövzuda Ayətullah Seyid Həsən Amili Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin bu əyalətdə nümayəndəsi olduğu 20 il boyunca öz xütbələrində və siyasi mövqelərində Qarabağ torpağının azad edilməsi istiqamətində çox aydın şəkildə Azərbaycan Respublikası müsəlmanlarının hüquqlarını müdafiə etmiş, işğalçı erməniləri lənətləmiş və onlara nifrin etmişdir. Hətta 44 günlük Qarabağ müharibəsində (və ondan əvvəl) Qarabağı azad etmək uğrunda işğalçılarla döyüşə girməyə hazır olduğunu elan etmiş, Vəliyyi-fəqihin şimal-qərb əyalətlərindəki nümayəndələri ilə birgə Qarabağ mövzusunda Azərbaycan xalqı və hökumətinə qətiyyətli və möhkəm dəstək bəyanatı vermişdir.
Yuxarıda qeyd olunanlara diqqət etməklə, İslam İnqilabının Böyük Rəhbəri və onun Ərdəbil əyalətində nümayəndəsinin Qarabağla bağlı möhkəm dini və siyasi mövqelərinə diqqət etməklə, İranın Qarabağa dəstək mövqeini zəiflətmək, həzrət Ayətullah Amiliyə qarşı hörmətsizlik etmək, onu günahlandırmaq beynəlxalq sionizmin, SİA ünsürlərinin və MOSSAD-ın birbaşa göstərişi ilə planlaşdırılır və həyata keçirilir. Çünki Qarabağın işğal edilməsində ermənilərə dəstək verən bu cəbhə yaxşı bilir ki, İranın Qarabağı müdafiə etməkdə möhkəm mövqei səthi maraqları izləyən siyasi mövqedən qalxmayıb, bu mövqe müsəlmanları və zülmə məruz qalmış xalqları müdafiə etmək istiqamətindəki dini prinsipin təcəllisidir. Beynəlxalq sionizmin zirək ünsürləri bilirlər ki, elm, əməl, fəzilət, təqva, şücaət və müqavimət xüsusiyyətlərinə sahib olan həzrət Ayətullah Amili Qarabağın azad edilməsini müdafiə etməkdə, Livanda Seyid Həsən Nəsrullah kimi bir şəxsiyyətə çevrilmişdir. Qeyd edək ki, Qarabağ mövzusunda İranın bütün din alimləri və adi cəmiyyəti həmişə Azərbaycanın şiə xalqını himayə etmişdir, ancaq İslam aləminin əsas düşməni bilir ki, Ali Məqamlı Rəhbərdən sonra Azərbaycan xalqını müdafiə etməkdə, sionist rejiminin Qafqazda çirkli planlarının ifşa olunmasında, Qarabağ mövzusunun tam həll olunmamasının səbəblərini açmaqda Ayətullah Amili xüsusi görkəmli mövqeyə sahibdir.
“İranın Qarabağda bütün köməklərini kanalzasiyaya tökürük” çirkin sözü deyən Azərbaycanın siyasətçiləri, yazıçıları və mediaları Qubadlı və Zəngilan mühasirəyə düşəndə, 400 min azərbaycanlı qadın, uşaq, qoca və cavanın həqiqi qətliamla üzləşdiyi, İran silahlı qüvvələri artilleriya atəşini ermənilərin başına yağdıraraq mühasirədəki əhalini xilas etdiyi gün harada idilər? O vaxt bu yalançılar harada idilər? Öz yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın canını İran xilas etdi, yoxsa təfriqə və daxili müharibə bataqlığında çabalayan Xalq Cəbhəsi?! İranın köməkçi qüvvələri ermənilərin irəliləməsinin qarşısını almaq üçün Araz sahilində Beyləqan və Bakı səmtində döyüş mövqei tutduqda Amerika İrana xəbərdarlıq etdi, yoxsa qondarma İsrail rejiminə və müsəlman Türkiyəyə?! Doğrusu, İrana xəbərdarlıq edən Amerika həmin vaxt İrandan sərt cavabını aldı.
Heydər Əliyevin bu sözünü tarix yaddaşınızdan necə silə bilərsiniz: “Bu kişi mənim qardaşımdır, İrandan gəlib və Şərqi Azərbaycan valisidir. Mən deyirəm ki, əgər bunlar olmasaydı, mən bu gün diri qalmazdım və soyuqdan donmuşdum.”
Azərbaycan xalqına can yandıran siyasətçilər və medialar “İran dünyanın siyasi xəritəsindən silinəcək və 2024-cü ilədək parçalanacaq” deyən deputatı məzəmmət edən həzrət Ayətullah Amilinin haqq və məntiqli sözünə reaksiya verməkdənsə, İslam dünyasına və İrana  xəyanət edən o siyasətçinin qarşısında möhkəm və mətin mövqe tutmalıdırlar. Sizin kütləvi informasiya vasitələriniz və siyasətçiləriniz öz hökumətinin və sabiq prezidentləri Heydər Əliyevin prinsiplərinə sadiqdir, yoxsa beynəlxalq sionizmin muzdurlarıdır?! Bu sözləri Heydər Əliyev deməyibmi: “Azərbaycan Respublikasının prezidenti kimi bildirirəm ki, İran ərazilərinin qorunması və sərhədlərinin pozulmaması Azərbaycan Respublikasının dövləti və xalqı üçün müqəddəs bir məsələdir.”
Bu “müqəddəs məsələ” terminini Heydər Əliyevin İslam düşmənləri və İran və Azərbaycanın müştərək düşmənlərinin məşum zümzümələrinə cavabı olaraq deməsini bilirsinizmi?!
Xəyalpərəst və aldanmış siyasətçilər və medialar hansı məntiq və siyasət əsasında İranın siyasi xəritədən silinəcəyini üyüdürlər? Bu xəyali planı hazırlayanın sionist rejimi olduğunu bilirsinizsə və onun gücünə güvənirsinizsə, bilin ki, bu rejim hörümçək toru üzərində yuva qurub, Livan Hizbullahı, Fələstinin mücahid müsəlmanları və müqavimət cəbhəsinin möhtəşəm qüdrəti qarşısında məyusluq və qorxu üzündən yerin dibində özü üçün sığınacaq hazırlayıb və İranla deyil, hətta İranın Qərbi Asiyadakı işıq şüaları ilə də üz-üzə gəlməyə cürəti çatmır.
İranın parçalanacağı, Azərbaycan və Türkiyənin böyüyəcəyi həvəsi ilə bu mənasız sözləri qonşu ölkələrin siyasətçilərinin və KİV-lərinin ağzına atanlar, bu məkirli planın həyata keçməsindən qabaq Azərbaycan Respublikası və Türkiyənin parçalanması planını hazırlayıblar. Elə bilməyin ki, xaçpərəst və sionist düşmənlər İrana qarşı müharibədə sizlərdən kimsəyə rəhm edəcək. Roma-İran müharibələrində sizin indiki əraziləriniz və xalqlarınız –Qərbdə İranın ön cəbhəsində dayanmış əyalətlər idiniz – romalılar tərəfindən atəşə tutulmadınızmı və İranın digər əyalətləri atəşə tutulmurdumu?! Tarixin dərsi budur ki, döyüş vaxtı hər kim xəyanət etsə, o, daha çox təlafat verər. Bunun nümunəsi kimi Ermənistan gözünüzün önündədir ki, romalıların hücumu zamanı muzdurluq edirdi və düşmən qayıdarkən viran, qətliam və köçkün olurdular.
Çox aydın deyirəm: İran, Türkiyə, Azərbaycan, İraq, Suriya, ərəb və İslam ölkələri xalqlarının tarixi təqdiri belədir ki, sülh, dostluq, səfa və səmimiyyət şəraitində yaşamağa məcburdurlar.
Bu istiqamətdə qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaq, ortaq düşmənlərin çirkli planlarına qarşı oyaq olmaqdan əlavə, uzaqgörənliklə İslam cəmiyyətinin mənəvi prinsiplərinin potensiallarını da gözləmək lazımdır. Bugün İslam dünyasında Seyid Həsən Nəsrullah və Seyid Həsən Amililər, onların İslam İnqilabının müdrik rəhbəri həzrət Ayətullah Xameneinin təfəkküründən ilham almalarını böyük nemət, ilahi lütf, möhkəm müqavimət qalası bilin, şeytani vəsvəsələrlə İslam cəmiyyətinin möhkəm təməllərinin xaçpərəst, sionist düşmənləri və daşnak terrorçuları qarşısında zəiflənməsinə icazə verməyin.
İslam İnqilabı Keşikçilər Qvardiyasının (SEPAH) İranın şimal-qərb sərhədlərində hərbi təlimləri və bacarıq nümayiş etdirməsi barəsində də əmin olun ki, Azərbaycan hökuməti yaxşı qonşuluğu qorumaq istiqamətində, habelə erməni işğalçılarının təcavüzləri qarşısında İran xalqı və hökumətinin xidmətlərinə təşəkkür etməyin lüzumuna diqqət etməklə, əvvəl İran İslam Respublikasının silahlı qüvvələrini, yəni erməni işğalçılarına qarşı döyüşdə Azərbaycanı silahlandıran, onun könüllü qüvvələrinə hərbi təlim verməkdə, onları təşkilatlandırmaqda hamıdan öndə olanları, şəhid verənləri, bundan sonra isə digər İslam ölkələrini dəvət etməli idi! İndi ki, belə etmədi, SEPAH-ın hüzurunu İmam Əlinin (ə) bu kəlamından məlhəm bilin, İranın ordusu və SEPAH-ın gücü və bacarığı ilə iftixar edin:
“And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər yavaş-yavaş yerə vursun.”
Bu məqalə o tarix tədqiqatçısının ürək sözləridir ki, təkcə Qarabağın azadlığı uğrunda 44 günlük müharibədə Azərbaycanın şiə xalqını müdafiə etmək və ermənilərin tarixi cinayətlərini ifşa etmək üçün 44 günlük məqalə yazmışdır.
Mirnəbi Əzizzadə, Azərbaycan Sərhədçiləri tarix tədqiqatçısı


 
  • Yazılıb
  • da (də) 2021 Sep 25
  • Göndərən جهان کمالی