Tarix : 2021 Sep 26
Kod 61727

Tehran-Bakı münasibətlərində gərginlik yaratmaq düşmənlərin arzusudur – İranlı deputat

İranla qonşu ölkələr, o cümlədən Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq düşmənlərin arzusudur.

Arannews :Bunu İran İslam Şurası Məclisinin deputatı və Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini “Twitter” səhifəsində yazıb.
M.Abbaszadə Meşkininin sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindəndir: “Gərginlik yaradan hər hansı davranış və ya mövqe düşmənlərin məqsədidir”.

  • Yazılıb
  • da (də) 2021 Sep 26
  • Göndərən جهان کمالی