İranla qonşu ölkələr, o cümlədən Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq düşmənlərin arzusudur.
Arannews :Bunu İran İslam Şurası Məclisinin deputatı və Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini “Twitter” səhifəsində yazıb.
M.Abbaszadə Meşkininin sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindəndir: “Gərginlik yaradan hər hansı davranış və ya mövqe düşmənlərin məqsədidir”.