Əfqanıstanın Herat şəhərində İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü (Ərbəin) münasibətilə müsəlman alimlərinin və Taliban rəsmilərinin qatıldığı Aşura konfransı keçirilib.
Arannews -Deyerler.org xəbər verir ki, konfranslardakı çıxışlarda İmam Hüseynin (ə) qiyamının dünyada bir çox azadlıq hərəkatlarının və inqilabların qaynağı olduğu qeyd edilib.
Natiqlər İmam Hüseynin (ə) bu hərəkətinin “şiə və sünni arasında ortaq səbəb olduğunu və İslam birliyi və qardaşlığı üçün dəyərli cazibə ola biləcəyini” vurğulayıblar.
Heratdakı yerli Taliban rəsmisi də konfransdakı çıxışında bunları deyib: “Müsəlmanların nümunələri Əməvi və Abbasi xəlifələri deyil, İmam Hüseyndir (ə) və biz bu fikrin davamçılarıyıq”.
Herat valisinin müavini və Taliban hərəkatının liderlərindən Şir Əhməd Əmmar Muhacir isə, ayrı -seçkilik, ilkin mühakimə, irqçilik və demokratiyanın ABŞ-ın bütləri olduğunu qeyd edərək Əfqanıstanın bu fikirlərdən təmizlənməli olduğunu söyləyib.