Tarix : 2021 Sep 27
Kod 61733

Gürcüstanda Ərbəin ərəfəsində “Məhərrəm mərasimlərinin mahiyyətinin araşdırılması” seminarı keçirildi

Ərbəin ərəfəsində paytaxt və Gürcüstanın digər bölgələrindən dəvət edilmiş qadınların iştirakı ilə Tbilisidə “Məhərrəmlik mərasimlərinin mahiyyətinin araşdırılması” mövzusunda seminar keçirilib.
Ərbəin ərəfəsində paytaxt və Gürcüstanın digər bölgələrindən dəvət edilmiş qadınların iştirakı ilə Tbilisidə “Məhərrəmlik mərasimlərinin mahiyyətinin araşdırılması” mövzusunda seminar keçirilib. Seminarda İmam Hüseynin (ə) Ərbəini uca tutulub.
Qurani-kərimin tilavəti ilə başlanan seminarda gürcüstanlı qadınlar çıxış ediblər, əzadarlıq mərasimlərinin hədəfləri, əhəmiyyəti və faydalarından danışıblar. Seminarda Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı şübhələrə cavab verilib.
Tbilisinin “Əl-Mustafa” dini təlim mərkəzində baş tutan toplantıda Gürcüstanın dini elmlər üzrə tələbələri və ölkənin universitetlərinin tələbələri də iştirak ediblər.

 
  • Yazılıb
  • da (də) 2021 Sep 27
  • Göndərən جهان کمالی