İranın Bakıdakı səfiri deyib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının xalqı və dövlətinin kənarındadır və bu ölkənin qələbəsinə sevinir.
Arannews :Seyid Abbas Musəvi «Trend Nyus»la müsahibədə deyib ki, İran birinci və ikinci Qarabağ müharibələrində Azərbaycan Respublikasının xalqı və dövlətinin kənarında durdu və bu vəziyyət davam etməkdədir.
«İran İslam İnqilabının Böyük Rəhbəri həqiqət və ədalətə əsaslanan bir mövqe sərgiləyib və bütün İran rəsmiləri bu mövqeni həyata keçiriblər. Bu əsasda çox sevinirik ki, Azərbaycan Respublikasının böyük qələbəsinin birinci ildönümünə yaxınlaşırıq.»- deyə, İran səfiri söyləyib.
İranın Bakıdakı səfiri deyib ki, İran, Azərbaycan Respublikası xalqının sevincinə şərikdir, çünki Azərbaycan Respublikası otuz il əziyyətdən sonra ərazi bütövlüyü üzrə qanuni haqqına çatıb.
Musəvi vurğulayıb ki, İranın xarici siyasəti hər hansı işğal və separatçılıqla müxalif olan bir neçə prinsipə əsaslanır.
«İslam İnqilabının Böyük Rəhbəri ötən il açıq şəkildə elan etdilər ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunmalı və Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilər Azərbaycan Respublikasına qaytarılmalıdır.»-deyə, Musəvi bildirib.