Tarix : 2021 Sep 29
Kod 61742

Hacı Namiq Hüseynov: Ərbəinin mənası İmam Hüseynlə (ə) həmrəylikdir

Gürcüstanın tanınmış ruhanilərindən olan, Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynovdan Ərbəinlə bağlı münasibət alıb.

“Arannews :Dünya Əhlibeytsevərləri kimi, biz də Gürcüstanda Ərbəin mərasimlərini keçiririk. Bütün bu yürüşlər, bütün bu ehsanlar, bütün bu mərasimlərin mənası budur ki, İmam Hüseyn (ə) aşiqləri Ərbəin yürüşlərinə səs verir, İmam Hüseyn (ə) mərasimlərini, ərbəinini tək qoymurlar. Baxmayaraq ki, əsrlər bizim aramızdadır, biz bu mərasimlərlə, bu əməllərlə İmam Hüseynlə (ə) birlikdə olduğumuzu iqrar edirik. İmam eşqi, Kərbəla eşqi əza mərasiminə qatılanların qəlbində vardır. Nə qədər ki, bədənimizdə ruh, damarlarımızda qan var, bu mərasimlərə, bu şüarlara davam edəcəyik. Ləbbeyk Ya Hüseyn!”, -deyə Hacı Namiq Hüseynov bildirib. 















  • Yazılıb
  • da (də) 2021 Sep 29
  • Göndərən جهان کمالی