Şərqi Azərbaycan əyalətində Vəliyyi-fəqihin nümayəndəsi dedi: Qonşu ölkələrin rəhbərlərinə tövsiyə edirəm ki, sionist rejim olan İsrailin tələsinə düşməsinlər. Talançılıq və işğalçılıqla mübarizə üçün dünya müsəlmanlarının vəhdəti qorunmalıdır.
Arannews -FarsNews agentliyinin Təbrizdən verdiyi xəbərə əsasən, Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim bu gün “Xeybərin fatehləri” təlimində bildirdi: Şimal-qərb sərhəd bölgələri sülh, dostluq və qardaşlıq sərhədləridir. Bunu sərhədin o tərəfindəki və bu tərəfindəki müsəlmanlar çox yaxşı başa düşürlər və bu qardaşlıq və dostluğun davam etməsini istəyirlər.
O əlavə etdi: Dünyanın fitnəkar rejimi olan İsrail müsəlman ölkələri arasındakı yüksək səviyyəli əlaqələrdə pozuntu və qarşıdurma yaratmaq ardıncadır. İnqilab rəhbərinin işarə etdiyi 25 illik vədəyə, yəni bu işğalçı rejimin ömrünün sonuna nə qədər yaxınlaşırıqsa, müsəlman ölkələri arasında ixtilaf yaratmaq üçün bu fitnə və hiylələr daha da çoxalır.
Təbrizin cümə imamı dedi: İran İslam Respublikasının silahlı qüvvələri sülhün keşikçiləridirlər. Bu təlimlər qonşu ölkələr üçün sülh və dostluq mesajı və hərbiçilərin hazırlığının yüksəldilməsi üçündür. Bu təlimin başqa bir mesajı da işğalçı və uşaq qatili İsrailədir. Belə ki, onun fitnə və hiylələri ömrünün sonu olan 25 illik vədi nəinki çoxalda bilməz, hətta azalda da bilər.
Ali-Haşim bildirdi: Qonşu ölkələrin rəhbərlərinə tövsiyə edirəm ki, sionist rejim olan İsrailin tələsinə düşməsinlər. Talançılıq və işğalçılıqla mübarizə üçün dünya müsəlmanlarının vəhdəti qorunmalıdır.
Fars News-un xəbərinə əsasən, İran İslam Respublikası ordusunun quru qoşunlarının “Xeybərin fatehləri” təlimi, ordunun quru qoşunlarının komandanı Briqadir Kyumərs Heydəri başçılığı və silahlı qüvvələrin baş qərərgahının nümayəndələrinin iştirakı ilə, ölkənin şimal-qərb ümumi regionunda 30 sentyabr 2021-ci ildə başladı.
Bu təlimdə, əvvəlcə İran İslam Respublikası ordusunun quru qoşunlarının PUA bölmələri regionda ümumi kəşfiyyat aparmış və çəkilişləri komandanlıq qərargahına göndərdikdən sonra, 25-ci briqada cəld reaksiya ilə qüvvələri təlim məntəqəsinə havadan təxliyə etməklə, şərti döyüş əməliyyatının icrasına başladı.
Təlimin növbəti mərhələsində, topçu bölmələri öncədən təyin edilmiş hədəfləri vurmağa başladı. Bununla eyni vaxtda, zirehli bölmələr öz tapşırıqlarını müvəffəqiyyətlə icra etdilər.
“Xəybərin fatehləri” təlimləri boyunca, ordunun hava qüvvələrinin Kobra helikopterləri havadan atəşlə quru qoşunlarına dəstək verdilər.