Tarix : 2021 Oct 02
Kod 61750

Xeybərin fatehləri” təlimində İran ordusunun yeni nailiyyətləri sınaqdan keçirilib

İran İslam Respublikası ordusunun quru qoşunlarının komandanı: İŞİD terrorçuları və sionistlər bilməlidirlər ki, regionda yerləri yoxdur. İran İslam Respublikası rejiminin silahlı qüvvələri onlara qarşı xüsusilə həssasdır və onları harada görsə, reaksiya verəcəkdir.
Arannews :iran İslam Respublikası ordusunun quru qoşunlarının komandanı dedi: “Xeybərin fatehləri” təlimində 4 yeni texnika; uzun mənzilli PUA, elektron müdafiə sistemləri və zireh əleyhinə iki növ silah meydanda sınaqdan keçiriləcək.
Ordunun quru qoşunlarının komandanı Cənab Kyumərs Heydəri “Xeybərin fatehləri” təliminin keçirilməsinin məqsədi barədə dedi: Hər bir tədris dövrünün sonunda və xüsusi nailiyyətimiz olduqda, bir təlim keçirməklə istehsal olunmuş təchizat və silahları sınaqdan keçiririk.
Habelə, o əlavə etdi: Bu təlimin xüsusi bir həssaslığı da vardır. O da budur ki, aşkar və gizlin formada sionist rejim olan İsrailin əlaltılarının və həmçinin nəzərə çarpacaq sayda İŞİD terrorçularının region ölkələrində varlığıdır. İŞİD terrorçuları region ölkələrinin birinin dəvətilə və Ermənistan və Azərbaycan arasında qarşıdurma olan zaman regiona daxil oldular. Bizim onların regiondan çıxdığına inamımız olmadığına görə, bu manevri keçirməklə onlara bir mesaj verilmiş olacayıq. Onlar və sionistlər bilməlidirlər ki, regionda heç bir yerləri yoxdur. İran İslam Respublikası rejiminin silahlı qüvvələri onlara qarşı xüsusilə həssasdır və onları harada görsə, reaksiya verəcəkdir.
Bu hərbi komandan əlavə etdi: “Xeybərin fatehləri” təlimində 4 yeni texnika sınaqdan keçiriləcək: Ordunun quru qoşunları tərəfindən dizayn və istehsal edilmiş uzun mənzilli, nöqtə atəşi açan və çox uzun məsafə uçan PUA.  Müdafiə və müharibə meydanında çox təsirə malik olan elektron müdafiə sistemləri. Quru qoşunları və Müdafiə Nazirliyinin mütəxəssisləri tərfindən dizayn və istehsal edilmiş zireh əleyhinə iki növ silah. Onların vuruş məsafəsi və dəqiqliyi ölçüləcəkdir. Habelə, artilleriyanın bəzi kalibrdə olan mərmilərini idarə olunan etmişik, bu təlimdə onların keyfiyyətini ölçəcəyik.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 02
  • Göndərən جهان کمالی