İran İslam Respublikasının daxili işlər naziri Azərbaycanla anlaşılmazlıqların öz həllini tapacağını vurğulayıb.
Arannews :iranın Daxili işlər naziri Əhməd Vəhidi son zamanlarda İranla Azərbaycan Respublikası münasibətlərində yaranan bəzi gərginliklərə münasibət bildirib və Xarici İşlər Nazirliyinin yolu ilə bu anlaşılmazlıqların həllini tapacağını bildirib.
Cənab Vəhidi ötən gün Ərdəbildə çıxışı zamanı deyib: “Biz daima qonşu ölkələri müzakirə və dostluğa dəvət etmişik. Bu anlaşılmazlıqlar da Xarici İşlər Nazirliyinin addımları ilə həllini tapacaq.”
İranlı nazir yeni administrasiyanın prioritetlərindən birinin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək olduğunu bildirib.
O əlavə edib: “Qonşuluq siyasəti yəni bu deməkdir ki, bizim üçün bu məsələ öndədir. Ona görə həmişə qonşu dövlətləri müzakirə və dostluğa çağırırıq. Hamını buna dəvət edirik, ki, indi şərait əməkdaşlıq və inkişaf şəraitidir. İran dövləti və milləti geniş əlaqələrə və yaxşı münasibətləri təmin etməyə həmişə hazır olub.”