Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi deyib: “Azərbaycan Respublikasında təxribatçılıq niyyətilə bəzi sözlər danışanlar bilsinlər ki, qətiyyən, İran və Azərbaycan müsəlmanları arasında təfriqə yarada bilməyəcəklər.”
Arannews : xəbər verir ki, Məhəmmədrza Mirtacəddini 25 sentyabr şənbə günü Təbrizin Peyam-Nur Universitetində şəhid ailələri, veteranlar, müəllim və tələbələrin iştirakı ilə keçirilən Müqəddəs Müdafiə Həftəsi mərasimində deyib: “Elm və bilik, cihad və şəhadəttələb olmaq xalqın iki iqtidar amilidir. Müqəddəs Müdafiə Həftəsi İslami İran xalqının 40 il boyunca başıucalıq və izzətnə səbəb olmuş əzəmət və fədakarlıqların anılmasıdır.”
Mirtacəddini İslam və Vət ənin müdafiəsi uğrunda 198 min nəfərin şəhid olmasını vurğulayaraq deyib: “Bu izzəti bizə gənclərimiz qazandırdı. H əmin vaxt İranın düşməni olan Amerika və digər ölkələr İrana daxil olmaq məqsədilə Küveyt, Əfqanıstan, Suriya və sair ölkələrdə bir çox cinayətlər törə tsələr də, Vəliyyi-fəqihin rəhbərliyi ilə İran xalqının izzətli müdafiəsi sayəsində İrana yaxınlaşa bilmədilər və indi İran İslam Respublikası bölgədə müqavimət bayrağı ucaltmışdır.”
Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi çıxışının digər hissəsində AR Milli Məclisi deputatının cəfəngiyatına da münasibət bildirərək deyib: “ Bu şəxs əslində İslam və müsəlmanların düşmənlərinin sözünü dilinə gətirdi . Təbriz və Ərdəbil imam cümələri çox yaxşı reaksiya ve rdilər. Belə ki, hətta onlar cənab Amilini təhdid etdilər.