Tarix : 2021 Oct 02
Kod 61753

Təbriz xalqının deputatı: İranın xidmətləri qarşısında Azərbaycanın belə cavab verməsi gözlənilmirdi

İslam Şurası Məclisində Təbriz xalqının nümayəndəsi dedi: İran yük maşınlarına süni maneə yaradılması yaxşı qonşuluğa ziddir. Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən təqribən 30 il ötdü və bu müddət ərzində İran Azərbaycana yaxşı qonşuluq və qardaşlığı sübut etdi. Bu neçə onillik ərzində Azərbaycanın yük maşınları Naxçıvana getmək üçün İranın torpağından keçdilər.
Aran News: İslam Şurası Məclisində Təbriz əhalisinin nümayəndəsi Məhəmmədriza Mirtacəddini, Azərbaycan dövlətinin İran haqqında çıxışları barədə dedi: Azərbaycan prezidenti İlham Əliyevin söhbətləri yaxşı qonşuluğun əleyhinə və İslam ölkələri arasında səmimiyyət yaranmasını istəməyən şəxslərin təsiri altında edilmişdir. İslam ölkələri arasında ixtilaf yaratmaq istəyənlərin təfriqə yaratması ilə mübarizə aparılmalıdır. Gözlənilən bu idi ki, Azərbaycan prezidenti bu təfriqə zəngi çalan və nalayiq sözlər danışan bəzi şəxslərin qarşısında dayanaydı. Bu cəfəngiyyatlara cavab verəydi. Amma, bu gözləntilər nəinki özünü doğrultmadı, əksinə, onun tərəfindən yeni sözlər də deyildi.
O davımında bu cümləni “İran Azərbaycana yaxşı qonşuluq və qardaşlığı sübut etdi” deyərək əlavə etdi: İran yük maşınlarına süni maneə yaradılması yaxşı qonşuluğa ziddir. Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən təqribən 30 il ötdü və bu müddət ərzində İran Azərbaycana yaxşı qonşuluq və qardaşlığı sübut etdi. Bu neçə onillik ərzində Azərbaycanın yük maşınları Naxçıvana getmək üçün İranın torpağından keçdilər. Buna görə, Azərbaycanın bu neçə illik xidmətə belə cavab verməsi, İran yük maşınlarına maneə törətməsi və onlardan ağır rüsum tələb etməsi gözlənilmirdi. Bu addım yük maşını sürücülərinin sərhəddə yığılıb qalmasına səbəb oldu.
İslam Şurası Məclisində Təbriz əhalisinin nümayəndəsi dedi: İranın yük maşınlarının keçdiyi yol, ortaq sərhəd və Ermənistanın Avrasiyaya tərəf sərhədindən keçirdi ki, bu da sabit yoldur. Qədimdən də olmuşdur. Bu məsələdə hər növ dəyişiklik yaxşı qonşuluğun ziddinədir. İran İslam Respublikası istənilən növ geopolitik və sərhəd dəyişiklərini qəbul etmir. Bu İranın qırmızı xəttidir. İran İslam Respublikası sərhədlərin dəyişdirilməsi istəyini heç bir vəchlə qəbul etmir.
İslam Şurası Məclisinin İslam İnqilabı qüvvələri fraksiyasının rəis müavini sözlərinin davamında dedi: Heç bir vəchlə ölkənin mənafeyi və qırmızı xətlərdən geri çəkilən deyilik. Azərbaycan dövlətinin məmurlarına da xəbərdarlıq edirik ki, müxaliflərin təhriki ilə İslam Ölkələrinin vəhdətini parçalamasınlar və belə çıxışlar etməsinlər.
Şərqi Azərbaycan ostanının deputatları birliyinin üzvü, İranın regionda təlim keçməsinə işarə edərək dedi: Necə olur ki, Azərbaycan dövləti başqa iki ölkə ilə birgə təlimlər keçirə bilir, amma İran İslam Respublikasının öz sərhədlərində təlim keçirməməsini gözləyir? Lazım olan şəraitdə hərbi təlimlər keçirərik və silahlı qüvvələrimizin də hazırlığını elan edirik. Bu məsələ ölkə daxili qərarla qəbul edilir və başqa ölkələrin etiraz etməyə haqqı yoxdur.
Mənbə: Borna

 
  • Yazılıb
  • da (də) 2021 Oct 02
  • Göndərən جهان کمالی