Tarix : 2021 Oct 03
Kod 61755

İran İsrail qarşısında güclü təzyiq təsirinə malikdir

Yaxın Şərq üzrə ekspert Hanizadə: Sionist rejim olan İsrailin baş naziri Naftali Benet İranın sərhədləri yaxınlığında hərbi və təhlükəsizlik varlığını gücləndirmək istəyir. Amma, bu rejimin hücum siyasətləri qarşısında İranın güclü təzyiq imkanları mövcuddur.
Arannews :Həsən Hanizadə sionist rejim olan İsrailin baş nazirinin son aylardakı addımları və bu rejimin bəzi ölkələrlə birgə İran İslam Respublikası əleyhinə bəzi hərəkətləri barədə dedi: Naftali Benet Netanyahunun keçmiş siyasətlərini yeni üslublarla davam etdirir. Belə təsəvvür yaradır ki, sionist rejim olan İsrail daxili böhranları regional böhran yaratmaqla nəzarətə ala biləcək. Onlar Fars körfəzi və Cənubi Qafqazda nüfuzlarını artırmaq üçün mühüm addımlar atmışlar.
Yaxın Şərq üzrə ekspert olan Hanizadə dedi: Bəhreynin paytaxtı Manamada sionist rejim olan İsrailin səfirliyinin açılması, sionist rejimin xarici işlər naziri Yair Lapidin Bəhreynə səfəri, BƏƏ və İsrail arasında aşkar əlaqələrin qurulması, Naftali Benetin Fars Körfəzində varlığı üçün gördüyü yuxuların bəzisi kimi yozulur.”
Hanizadə dedi: Digər tərəfdən isə, Azərbaycan Respublikasında və İranın şimal-qərb sərhədlərinin yaxınlığında müştərək təlimin keçirilməsi bunu göstərir ki, Naftali Benet İran sərhədləri yaxınlığında hərbi və təhlükəsizlik sahəsində aktivlik göstərmək istəyir.
O, sionist rejim olan İsrailin baş nazirinin məqsədi barədə dedi: Naftali Benetin məqsədi İraqın Kürdüstan iqlimi, Fars körfəzinin cənubu, Cənubi Qafqaz və Xəzər dənizindən İranın ətrafını mühasirə etmək və Fars körfəzinin ərəb ölkələri və Orta Asiya ölkələrilə İranın ticarət və iqtisadi ələqlərini qadağan etməkdir.
 Yaxın Şərq üzrə ekspert olan bu şəxs, İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasının tarixi bir zəfər olduğunu və İranın Asiyanın şərq və qərb ölkələrilə ticari əməkdaşlıq sahəsində imkanlar yaratdığını və buna görə Amerikanın İranı iqtisadi mühasirəyə salmaq üçün bir sıra təxribat addımları atdığını bildirərək dedi: Amerika ordusunun Əfqanıstandan tələsik çıxması, İraqın Kürdüstan əyalətinin rəhbərlərini Ərbildə İraq və İsrail arasında münasibətlərin normallaşdırılması konfransını keçirməyə həvəsləndirməsi, Azərbaycanı öz Hərbi Hissələrini sionist rejim olan İsrailin ixtiyarına verməyə təşviq etməsi bu ssenarilərin bir hissəsidir.
Bu dialoqun ardınca o dedi: Azərbaycan prezidenti İlham Əliyevin son qərəzli açıqlamaları və İran əleyhinə ittihamlar səsləndirməsi də göstərir ki, bu ölkə Amerika, İsrail və Türkiyənin yardımı ilə Qafqazın geopolitikasını İranın Orta Asiya ölkələrilə əlaqəsini kəsmək yolunda dəyişməyin ardıncadır.
Hanizadə Asiyanın şərq və qərbi arasında, hətta Afrikanın şimalına və sonda Avropaya qədər uzanacaq ticari əlaqələr üçün mühüm koridor olacaq strateji ipək yolunun bərpasının qarşısının alınmasını da, Amerika, Türkiyə, sionist rejim olan İsrail və Azərbaycanın da planının bir hissəsi olduğuna da işarə edərək, dedi: Lakin İran İslam Respublikası İsrail, Türkiyə və Azərbaycandan ibarət nəhs üçlünün İranın milli mənafeyi əleyhinə addımlarını, təmkinini qoruma siyasəti və diplomatik vasitələrdən istifadəni öz addımlarının ilk növbəsində qərarlaşdırıb.
Sonda bu Yaxın Şərq üzrə ekspert əlavə etdi: Sionist rejimin hücum siyasətləri qarşısında İranın güclü təzyiq imkanları mövcuddur. Belə ki, əgər onlardan istifadə olunsa, bu rejim mütləq işğal olunmuş Fələstin torpaqlarının daxil və xaricindən şiddətli zərbələr alacaqdır.
Mənbə: PANA

 
  • Yazılıb
  • da (də) 2021 Oct 03
  • Göndərən جهان کمالی