Tarix : 2021 Oct 03
Kod 61757

Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan ordusunun işğalından azad edilməsindən 1 il ötür.

Arannews -Modern.az-ın məlumatına görə, aparılan uğurlu əməliyyat nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan tamamilə azad edib.
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı - Suqovuşan adı bərpa olunub.
Azərbaycan Respublikasında “Suqovuşanın azad olunmasına görə” medalı təsis edilib. Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan  işğalından azad edilib.

  • Yazılıb
  • da (də) 2021 Oct 03
  • Göndərən جهان کمالی