Tarix : 2021 Oct 03
Kod 61758

Əmir-Abdullahian: Tranzit probleminin həlli məqsədilə Azərbaycan Respublikası ilə tezliklə danışıqlar aparacayıq

Xarici işlər naziri, bizim fikrimizcə regionda sərhədlərin dəyişdirilməsinin qəbuledilməz olduğunu bildirərək deyib: Tranzit probleminin həlli məqsədilə Azərbaycan Respublikası ilə tezliklə danışıqlar aparacayıq.
Arannews -Fars News Agentliyinin Xarici Siyasət Şöbəsinin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian şənbə günü 1-ci kanalın “Negahe yek” (Birin baxışı) proqramında iştirak etdi. O, xarici siyasət sahəsində son yenilikləri izah etdi və verilən sualları cavablandırdı.
O, İran və Azərbaycan Respublikası arasındakı münasibətlərin vəziyyəti barədə bunları dedi: Qarabağın azad edilməsi prosesində xoşagəlməz hadisələr baş verdi. Terrorçu qruplaşmaların bir hissəsi bu regiona gətirildi. Sionist rejim olan İsrail yaranmış fürsətdən maksimum sui-istifadə etməyə çalışdı. Azərbaycan Respublikasının bəzi hissələrində yerləşdilər. O vaxt diplomatik yollarla siyasi, hərbi və təhlükəsizlik müstəvisində öz narahatlığımızı elan etdik və ciddi formada bu ölkənin yüksək səlahiyyətli məmurlarına deyildi ki, bizim işğal edilmiş məntəqələrin azad edilməsini dəstəkləməyimiz bir məsələdir və iki ölkənin əlaqələrinin inkişaf etməsi bizim diqqət mərkəzimizdədir. Amma, heç vaxt qondarma sionist rejim ünsürlərinin İranın yaxınlığı və sərhədində olmasına dözməyəcəyik. Sərhədlərin dəyişilməsinə dözməyəcəyik və bu məsələyə qarşı olduqca həssasıq.
Əmir-Abdullahian dedi: Bizim yük maşınlarının Azərbaycanın bəzi hissələrindən Ermənistan tərəfə tranziti üçün bəzi problemlər yaradılıb və iki iranlı trayler sürücüsü Azərbaycanda saxlanılıb.
Diplomatiya strukturunun rəisi əlavə etdi: Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdüm. Diplomatik müstəvidə bu məsələlərlə bağlı öz nigaranlığımı bildirdim. Dedim ki; əgər bir rüsum alınmalıdırsa, diplomatik yolla bizə məlumat verməlisiniz. İranın tranzit trayler sürücüsünün həbs edilməsi bizim nəzərimizdə qəbuledilməzdir və müsbət davranış sayılmır.
O dedi: 13-cü dövlətdə bizim fikrimiz qonşularla əlaqələri inkişaf etdirməkdir və bu ölkəyə bəzi xarici müdaxilələrin olduğu bizə aydındır. O cümlədən, sionistlərin çirkli əlləri, iş başındadır. Biz çox da uzaq olmayan gələcəkdə sionistlərin Azərbaycan hakimiyyəti üçün problem yaradacağından ciddi narahatıq. Regionda sionit və terrorçuların atdığı addımların qarşılığı olaraq, son günlərdə təlim keçirməklə sionistlərə və terrorçulara bir mesaj verdik. Əlbəttə, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev İran barədə bəzi mənfi açıqlamalar verdi ki, diplomatik yolla öz etirazımızı bildirdik.
Əmir-Abdullahian bildirdi: Mən Azərbaycan Respublikasının səfiri ilə görüşdə bu məqamlara toxundum. Bildirdim ki, sizin şəraitinizi başa düşürük. Sionizm və terrorizmin sizin torpaqlarda və sizin əleyhinizə və qonşu ölkələrə qarşı təhlükəsini dərk edirik. Xarici oyunçuların iki ölkənin əlaqələrini təsir altına almasına icazə verməməliyik.
O dedi: Bu mərhələdən keçməkdəyik. Tranzit probleminin həlli üçün Azərbaycan Respublikası ilə tezliklə ikitərəfli danışıqlar aparacayıq.
Xarici işlər naziri regionda sərhədlərin dəyişdirilməsinin bizim fikrimizcə qəbuledilməz olduğunu bildirərək, əlavə etdi: İran Azərbaycan Respublikasının böyük qonşusudur. Diplomatik sahədə də bəzi mesaj mübadilələri etdik.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 03
  • Göndərən جهان کمالی