Tarix : 2021 Oct 03
Kod 61759

Təbrizin cümə imamı: “Xeybərin fatehləri” manevrinin dostlara mesajı sülh, düşmənlərə isə narahatlıqdır.

Təbrizin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim: “Xeybərin fatehləri” manevrinin inqilab və İranın dostlarına mesajı sülh və dostluqdur. Bu manevrin keçirilməsi düşmənlərə, xüsusilə Amerika və sionist rejim olan İsrailə narahatlıq verici idi.

Arannews :şərqi Azərbaycan ostanında Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim, ostanın kanalı olan Səhənd TV-də yayımlanan “Cümənin mesajı” proqramında, SEPAH və İran İslam Respublikası ordusuna təşəkkürünü bildirərək, ölkəmizin sərhədlərində keçirilən “Xeybərin fatehləri” adlı bu təlimlərin mesajının dostluq, sülh və qardaşlıq olduğunu bildirdi.
Ayətullah Xaməneinin Təbrizdəki nümayəndəsi dedi: İnqilab və İranın dostlarına bu manevrin mesajı sülh və dostluqdur. Bu manevrin keçirilməsi düşmənlərə, xüsusilə Amerika və sionist rejim olan İsrailə narahatlıq verici idi. Tövsiyə edirəm ki, qonşu ölkələrin başçıları sionist rejim olan İsrailin tələsinə düşməmək üçün diqqətli olsunlar. Bu gün bütün müsəlmanların diqqət etməsi lazım olan məsələ budur ki, hegemonlar və qəsbkar İsraillə mübarizə üçün vəhdət olmalıdır və müsəlmanlar hər gün öz vəhdətlərini artırmalıdırlar.
Təbrizin xalqdan olan cümə imamı öz sözlərinin davamında İran prezidentinin BMT-nin ümumi iclasında videokonfransla etdiyi izzətli çıxışına da işarə edərək dedi: İran prezidenti Cənab Seyid İbrahim Rəisinin çıxışı inqilabçı İranın izzət, hikmət və qüdrəti, habelə ən böyük müasir inqilab və dünya xalqlarının ən inqilabçısının məqsəd və dəyərlərinin güzgüsü, tam aktivliklə və dərin dini və inqilabi əsaslardan qaynaqlandığını göstəricisi idi. O, ədalət tələb edən bir inqilabçı və məzlum xalqlara zülm edən çoxluğa etiraz etmə məqamında dayandı və inqilabın səsini dünyaya çatdırdı. Onun çıxışının əks-sədası hələ də davam edir.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 03
  • Göndərən جهان کمالی