Tarix : 2021 Oct 04
Kod 61762

İraqlı ədib, şair və jurnalistlər sionist rejimlə saziş çağırışı edənlərə qarşı qalxdı

İraqın mədəniyyət-incəsənət əməkdaşları bəyanat yayaraq Ərbil iclasını sərt pisləməklə yanaşı, sionist rejimə qarşı mübarizəyə aid daimi konfransa hazırlıq işlərinə başlandığını bildiriblər.
AranNews - Redaksiyamızın Fars Xəbər Agentliyinə istinadla bildirdiyinə görə, Ərbil şəhərində sionist rejimlə sazişə çağırış istiqamətində keçirilmiş sensasiyalı iclasdan bir həftə ötməsi ilə İraqın ədib, şair və jurnalistlərindən 92 nəfəri bəyanat yayaraq Fələstinə dəstək daimi konfransının təsis edilməsi qərarına gəldiklərini bildirib.
“Maan” saytının yazdığına görə, bəyanatı imzalayanlar təkid ediblər ki, Fələstin mövzusu ərəb dünyasının əsas və mərkəzi bir məsələsi hesab olunur və İraqın mədəniyyət adamlarının Fələstin xalqına dəstək verməsinin uzun keçmişi vardır. Onlar hamını sionist düşmənlə siyasi, iqtisadi, mədəni və ictimai mübarizəyə çağırıblar.
Habelə, bəyanatda işğal edilmiş Fələstin ərazilərində xarici şirkətlərin fəaliyyətini qadağan etmək və sionist rejimi ilə əməkdaşlıq edən şirkətləri təcrid etmək istiqamətində proqramlar tənzimlənməsi üçün komitə təşkil olunduğu və bu komitədə beynəlxalq vəkillərin iştirak etdiyi də vurğulanıb.
Bəyanatda qeyd olunur ki, sionist rejimi ilə münasibətlərin normallaşması ilə mübarizə aparmaq, strateji vəziyyət təşkil etmək və onu həyata keçirmək məqsədilə işçi qrupu yaradılıb.
Həmin istiqamətdə ilk iclasın parlament seçkilərindən sonra baş tutacağı gözlənilir.
Mədəniyyət əməkdaşları bəyanatın davamında Ərbil iclasının ilk növbədə İraq Konstitusiyasına zidd olduğunu, sonra isə ərəb qeyrətinə, əqidə və vicdana sığmadığını bildiriblər, həmin iclasda iştirak edənlərin özlərindən başqa heç bir qəbilə və qrupu təmsil etmədiyini vurğulayıblar və İraq məhkəmə aparatından onları cinayət məsuliyyətinə cəlb etməyi istəyiblər.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 04
  • Göndərən جهان کمالی