Tarix : 2021 Oct 05
Kod 61765

Sionist rejimin bölgədəki bütün hərəkətləri nəzarət altındadır

İslami İranın düşmənləri diqqət etsinlər ki, sionist İsrail rejiminin bölgədəki bütün hərəkətlərini izləyir və nəzarət altında saxlayırıq.»

Arannews :Bunu, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının şimal-ərb bögəsi qərargahının komandanı vurğulayıb.

Briqada generalı Əli Hacılı müxbirlər qarşısında bildirib ki, İran İslam Respublikası qonşu ölkələrə heç bir tamah gözü ilə baxmır. O, qeyd edib ki, bu ölkəyə hər kəs müdaxilə edibdirsə, İran İslam Respublikası qüvvələrinin müdafiəsilə üzləşibdir.

«Xeybər Fatehləri» hərbi təlimlərində tələfatın olduğunu təkzib edən general Hacılı bildirib ki, bu hərbi təlimlərdə heç bir hadisə baş verməyib və düşmənlər hərbi təlimləri sual altına almaq və mənfi atmosfer yaratmaq niyyətindədirlər.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının şimal-qərb bögəsi qərargahının komandanı sonra belə söyləyib: Həmçinin yayılan xəbərlərin əksinə olaraq, qonşu ölkələrə qarşı heç bir hava təcavüzü həyata keçirilməyib və hərbi təlimlərin bütün mərhələləri film formasında qeydə alınıbdır.

  • Yazılıb
  • da (də) 2021 Oct 05
  • Göndərən جهان کمالی