Tarix : 2021 Oct 06
Kod 61769

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb

Gürcüstanın Kaxeti rayonunda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

Arannews :Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak edir.
Görüşdə regional təhlükəsizlik məsələləri, ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, hərbi təlimlərdə birgə iştirak məsələləri müzakirə edilir.
Görüşdən sonra müdafiə nazirlərinin mətbuata birgə açıqlaması gözlənilir.(APA)

  • Yazılıb
  • da (də) 2021 Oct 06
  • Göndərən جهان کمالی