Tarix : 2021 Oct 07
Kod 61770

Müttəki: İsrail rejimi regionda müharibəni alovlandırmaq istəyir

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Azərbaycan Respublikasının başçılarına tövsiyə edibdir ki, əcnəbi qüvvələrə söykənmək yolu ilə təhlükəsizliyi satınalma illüziyasını başlarından çıxarsın və təhlükəsizliyi qorumaq üçün öz ölkəsinin xalqına güvənsinlər.

Arannews :Bir ölkənin təhlükəsizliyini təmin etmək üçün əcnəbilərə söykənməyi məntiqi və aqilanə həll yolu hesab etməyən Seyid Kamal Xərrazi belə söyləyib: Onların maraqları, qanunsuz məqsədləri və niyyətərinə əsasən, bu söykənmə, regionda hərbi rəqabətə, ziyan vurmağa və hətta ev sahibliyi edən ölkənin dağılmasına gətirib çıxara bilər. Bundan başqa, əcnəbi qüvvələrin rolu hər nə qədər artarsa, onları qəbul edən ölkənin ondan asılılığı daha da dərinləşəcək.
İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri sonra belə söyləyib: Regionda hansı ölkəni tapmaq olar ki, ərazisində əcnəbi qüvvələrin iştirakı ilə öz hərbi gücünü o qədər artırmış olsun ki, daha əcnəbi qüvvələrə ehtiyacı olmamış olsun. Əgər İslam Respublikası bu gün regionda mübahisəsiz bir gücdürsə, bu, onun özünə söykənməsi və əcnəbi qüvvələrdən asılı olmamasına görədir.
Xərrazi əlavə edib: Biz otuz il ərzində işğal altında olan Azərbaycan Respublikası ərazilərinin azad edilməsini alqışlayırıq. Əlbəttə, elə əvvəldən bu ölkənin mərhum prezidenti Heydər Əliyevə bizim tövsiyəmiz bu oldu ki, İranın logistik və təlim həmkarlıqları ilə ölkəsinin silahlı qüvvələrini gücləndirsin və işğal olunmuş əraziləri öz qüvvələri vasitəsilə azad etsin. Təəssüflər olsun ki, o, bunu qəbul etmədi və onun nəticəsi, Azərbaycan Respublikasının əcnəbi qüdrətlərə daha çox söykənməsi və xarici qüvvələrə arxalanması oldu.
Xərrazi deyib: Şübhəsiz, sionist İsrail rejimi təvəqqesiz Azərbaycan Respublikasında yuva qurmayıb və başında nəhs hədəflər dolandırır ki, hazırkı hökumətin strateji səhvinə görə, bölgədə müharibə odunu alovlandırmış olsun və bu, müsibətli bir fəlakət olacaqdır. Bizim Azərbaycan Respublikasının başçılarına tövsiyəmiz budur ki, əcnəbi qüvvələrə söykənmək yolu ilə təhlükəsizliyi satınalma illüziyasını başlarından çıxarsın və təhlükəsizliyi qorumaq üçün öz xalqına güvənsinlər. Azərbaycan Respublikası ölkəsinin təhlükəsizliyini öz əli ilə qorumağa qadir olan mübariz və qəhrəman bir xalqa malikdir.

  • Yazılıb
  • da (də) 2021 Oct 07
  • Göndərən جهان کمالی