Tarix : 2021 Oct 07
Kod 61771

İran XİN rəhbərindən Bakı və İrəvana səfər MESAJI

İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan İrəvan və Bakıya səfər edə bilər.

Arannews -Modern.az xəbər verir ki, bu barədə o, "Rossiya-24" telekanalına müsahibəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir.
“Azərbaycan və Ermənistan bizim qonşularımızdır və biz onların biri ilə digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Azərbaycanlı həmkarımızın da İrana səfər imkanı olsa yaxşı olar”, - deyə Abdullahiyan qeyd edib.
İran XİN başçısı bildirib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistana ziyarət edəcək.

  • Yazılıb
  • da (də) 2021 Oct 07
  • Göndərən جهان کمالی