Bəlkə, bu yazıma görə bir çoxları məni qınayacaq. Bir il öncə olduğu kimi haqqımda yalnış fikirlər yazacaqlar. Hamı bilsin ki, hər zaman haqqı, ədaləti, İslami dəyərləri sevdiyim kimi öz vətənimi, millətimi və dövlətimi də sevmişəm. Baş verənlərə görə həm müsəlmançılıq haqqı üçün, həm də milli vətəndaşlıq borcum olduğuna görə yazıram.
Arannews :Bilirik ki, bütün dinlər və sonuncu din İslam dini də doğru yaşamağı,haqqı qorumağı və haqlı olanın yanında olmağı əmr edir. Bu işləri görmək üçün müntəzəm şəkildə uzun illər boyunca, öz imkanım çərçivəsində müsəlmanların qanını tökənlərə, körpələri yetim qoyanlara, uşaq qatillərinə maddi kömək edən firmaların məhsullarını almamışam. Müsəlman qardaşıma atılan güllənin sərmayəçisi olmaqdan çəkinmişəm. İnanıram ki, mənim kimi çoxları gündəlik zəruri ehtiyaclarını alarkən, bu məsələyə görə aldıqlarını diqqətlə nəzərdən keçirir. Ayrı-ayrılıqda belə iş görən hər bir kəsin əməli təqdirə layiqdir. Kimliyindən, maddi imkanından, mənsub olduğu təbəqədən aslı olmayaraq, bu əməl ali düşüncələrin məhsuludur.
Çox təəssüf ki, müsəlmana gələ biləcək zərər və ziyana görə sadə vətəndaşın düşünə bildiyini, böyük bir İslam dövləti illərdir ki, düşünə bilməmişdir. İllərdir ki, öz yanacağını müsəlman qanını töküb torpaqlarını işğal edən, məscidləri sökən ermənilərə göndərmişdir. Sadə bir müsəlmanın etməkdən çəkindiyi əməli, bu boyda İslam dövlətinin etməsi təəssüf hissi yaradır. Bu əməllər "zalıma xidmət etmək haramdır" deyən imam Əli əleyhissəlamın kəlamını tapdalamaq və haqqı gizlətmək anlamına gəlir. İslam təəssübkeşi kimi özünü dünyaya tanıtdıran bir dövlətin maddi marağına görə gördüyü işin ağrı-acısını 30 il xalq olaraq, çəkdik. Satılan yanacağın sayəsində tanklar, zirehli texnikalar, əlisilahlılara xidmət edən maşınlar vətən müharibəsində müsəlman qardaşlarımı şəhid etdi. Ticarətin maddi xeyrini onlar qazansa da, lakin 44 gün içərisində bizim ölkədə yüzlərlə qardaşımızın həyatına son qoydu. Bu ticarət olmasaydı, bəlkə də hadisələr bu dəhşətdə olmayacaqdı. İslamı təhqir edənlər, məscid sökənlər, məzar dağıdanlar daha tez zamanda məhv olacaqdı. Kimisi evində, kimisi şəhərdə gəzəndə, kimisi də süfrə arxasında oturduğu zaman yanacağın hərəkət etdirdiyi raketlər atılıb şəhid edilməzdi. Yanacağı ilə müsəlman düşməni erməniləri qızışdıranlar indi də, raketləri ilə bizləri hədələyir. Əliqanlı qatillərə dost-qardaş deyənlər, yanlış siyasətinizə son qoyun. Müsəlman ilə həmrəy olun, düşmənimiz Ermənistan ilə yox.
İyirminci əsrin otuzuncu illərinə kimi yaşamış İslam alimi Seyid Məhəmməd Badikubeyinin fətvasını unutmayın. Onun fətvasına əsasən, ermənilər törətdikləri əməllərə görə murdar hökmündədirlər. Onların yağış yağan zaman şəhərdə gəzməkləri haramdır ki, şəhəri də nəcasətə bulaşdırarlar.
Doğru tərəfdə yer alacağımız ümidi ilə.
Abbas Hüseyn
8 saylı cəzaçəkmə müəssisəsi
Abbah Hüseyn.