Tarix : 2021 Oct 09
Kod 61775

Şərqi Azərbaycan əyalətinin hövzə və universitet tələbələri və inqilabçı cəmiyyəti bəyanat yaydı

Şərqi Azərbaycan əyalətinin hövzə və universitet tələbələri və inqilabçı cəmiyyəti bəyanat yaydı
Arannews :Bismillahir-Rəhmanir-Rəhim
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّی وَعَدُوَّکُمْ أَوْلِیَاءَ    تُلْقُونَ إِلَیْهِمْ بِالْمَوَدَّةِ وَقَدْ کَفَرُوا بِمَا جَاءَکُمْ مِنَ الْحَقِّ
“Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edirlər.” (“Mumtəhənə” surəsi, ayə 1)
Bir müddətdir ki, Qafqaz bölgəsində sionizmin və Qərb tərəfdaşlarının fitnəkarlığının artması ilə, Qarabağ müharibəsində İran İslam Respublikasının ermənilərə dəstək verməsi kimi təxribatçı və saxta ittihamların şahidiyik. Belə bir uydurma bəhanə və ittihamlara söykənməklə bəziləri İslam İnqilabına və Ərdəbilin hörmətli imam cüməsi Ayətullah Seyid Həsən Amili də daxil olmaqla inqilabçı qüvvələrə qarşı öz əsl mahiyyətlərini ortaya qoymaqdadır.
Heç kimə sirr deyil ki, İran İslam Respublikası ötən 30 ildə dost və düşmənin də buna etiraf etdiyi kimi Azərbaycan hökumətinə və müsəlman xalqına dəstək olaraq çoxlu addımlar atmışdır. Bu istiqamətdə bir neçə nümunəyə işarə edirik:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin tanınmasına dair Təhlükəsizlik Şurasının 4 qətnaməsini müşayiət və təsdiq etmək; sülhün bərqərar olması üçün vasitəçilik addımları; günahsız insanların öldürülməsinin qarşısını almaq; Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini tələb etmək; humanitar yardımlar göndrəmək; müharibə qaçqınları üçün düşərgə inşa etmək və onları lazım olan vəsaitlərlə təmin etmək; müharibədə yaralanmış azərbaycanlıları Təbriz və Tehranda müalicə etmək; Azərbaycanın Naxçıvanla əlaqəsini qorumaq məqsədilə Araz sərhədində onlara yol vermək; İran tərəfinin Azərbaycan vətəndaşları üçün vizanı birtərəfli olaraq ləğv etməsi; Qubadlı və Zəngilanda mühasirəyə düşmüş 400 min insana kömək edərək, qətliamdan qorumaq məqsədilə onları İranın daxilinə gətirmək; Azərbaycan tərəfinə silah, hərbi təlim və məsləhətçi köməkləri etmək; ikinci Qarabağ müharibəsi boyu quru və hava yollarını Ermənistanın üzünə bağlamaq (bunu Azərbaycan Respublikası prezidenti də etiraf etmişdir), habelə bəyan edilməsinə imkan olmayan bir çox digər yardımlar.
Bu işlər, İran İslam Respublikasının Azərbaycan hökumətinə və xalqına açıq, əsirgənmədən, təmənnasız dəstəyinin bir hissəsidir və tarixdə şərəfli, humanitar və qardaşlıq hərəkəti kimi yadigar qalacaqdır.
Bu arada Ali Baş Komandan həzrət Ayətullah İmam Xameneinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarının azad edilməsinin zəruriliyinə aid göstərişi Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü və danılmaz hüququnu dəstəkləməsinin zirvəsisi olmuşdur. Habelə, ölkənin şimal-qərb imam cümələrinin, xüsusilə də bu bölgənin görkəmli alimi Ayətullah Seyid Həsən Amilinin davamlı dəstəkləri heç kimə sirr deyil.
İndi mövcud vəziyyəti nəzərə alaraq inqilabçı və qəhrəman Təbriz şəhərinin əhalisi, eləcə də Şərqi Azərbaycan əyalətinin bütün şəhərlərinin şərəfli cəmiyyəti adından vurğulayırıq:
1. İslam və Quranın kölgəsi və İslam İnqilabının Ali Rəhbərinin müdrik rəhbərliyi altında regional məsələlərə, xüsusilə də ölkəmizin şimal-qərb sərhədlərində xarici müdaxiləyə qarşı mübarizə aparmağa hazır olduğumuzu elan edirik.
2. Qafqaz bölgəsində, xüsusən də İranın şimal-qərb bölgələrində ictimai rəyi sapındırmaq üçün geniş səylər göstərildiyi heç kimə sirr deyil.
Bununla da, Ayətullah Seyid Həsən Amilinin birinci və ikinci Qarabağ müharibələrinin mürəkkəb məsələlərində maarifləndirici, qətiyyətli, xeyirxah mövqeini dəstəkləyirik, Azərbaycan Respublikasının bəzi rəsmilərinin və deputatlarının saxta ittiham və hörmətsizliklərini qınayırıq.
3. İran İslam Respublikası Silahlı Qüvvələrinin müxtəlif yerlərdə, əsasən də şimal-qərb bölgələrində hərbi təlimlərini təhlükəsizliyi, milli maraqları, regional sabitliyi qorumaq və xəbis sionist rejiminin amillərinə ciddi xəbərdarlıq bilir, əsgər və hərbçi övladlarımıza qətiyyətli dəstəyimizi elan edirik.
4. Beynəlxalq sərhədlərdəki hər hansı bir dəyişikliyi yeni fitnə yaratmağa və sərhədlərimizdə müharibə və münaqişənin davam etməsinə səbəb kimi görürük və bununla əlaqədar hər hansı bir hərəkəti qınayırıq.
5. Hizbullah və İslam Müqaviməti Cəbhəsi qüvvələrindən istəyirik ki, sionistlərin iki şiə ölkəsi İran və Azərbaycanın müsəlman qardaşları arasında fitnəkarlığna işğal edilmiş Fələstin ərazilərinin mərkəzində cavab versin. Qüdsü işğal edənlərə qarşı mübarizə meydanında iştirak etməyə hazır olduğumuzu bildiririk.
6. Azərbaycan Respublikasındakı din və dil qardaşlarımıza tövsiyə edirik ki, uşaq qatili İsrail də daxil olmaqla İslamın əbədi düşmənlərinin tələsinə düşməsinlər, yadlara arxalanmaq illüziyasının fəlakətli bir faciə olduğunu və həmin ölkə üçün zərərdən başqa bir nəticəsi olmayacağını bilsinlər.
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh-Təkbir

 
  • Yazılıb
  • da (də) 2021 Oct 09
  • Göndərən جهان کمالی