Arannews :Türkiyə xarici işlər nazirliyi sionist rejim məhkəməsinin yəhudilərin Məsciduləqsada ibadətinə dair qərarı barədə xəbərdarlıq edib. Bildiribdir ki, bu qərar İsrailin ifratçı dairələrinin daha da həyasızlaşmasına səbəb olacaq.
Türkiyə xarici işlər nazirliyi vurğulayıb ki, bu qərar yanlış, təhlükəli və hüquqi qaydalara ziddir. O, dünya ictimaiyyətini sionist rejimin təhrikedici hərəkətlərinə qarşı çıxmağa çağırıb.
Belə bir halda, bundan öncə bir Türkiyə rəsmisi Türkiyə ilə sionist rejim arasında münasibətlərin adiləşdirilməsi ehtimalını iddia etmişdi.
Bu türkiyəli rəsmi iddia edibdir ki, ölkəsi sionist rejimlə təbii əlaqələr qurmağa maraqlıdır və Türkiyə prezidenti də bundan öncə vurğulamışdı ki, Ankaranın problemi, bu rejimin rəhbərliyi ilədir.