Tarix : 2021 Oct 10
Kod 61777

Təbrizin cümə imamı: Əmin-amanlıq pulla alınmır

Vəliyyi-fəqihin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi dedi: Əmin-amanlıq pulla alınmır. Qonşu ölkələr öz asayişlərini təmin etmədə başqalarından asılı olmasın və ABŞ və İsrailin fitnəkarlıqlarından ehtiyatlı olsunlar.
Arannews :Korona pandemiyası səbəbilə iki aylıq tətildən sonra baş tutmuş Təbrizin cümə namazı xütbəsində Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim “əmin-amanlıq pulla alınmır və qonşu ölkələr öz asayişlərini təmin etmədə başqalarından asılı olmasınlar” deyərək əlavə etdi: “Ali məqamlı rəhbər qonşulara haqqına xəbərdarlıq etdi ki, öz asayişlərini yadlara bağımlı etməsinlər və özlərini qorusunlar.”
O, ölkənin şimal-qərbində keçirilən qüdrətli manevrə görə Sepah və orduya təşəkkür edərək dedi: “İranın manevrinin dostlara mesajı “sülh” və düşmənlərə və fitnəkarlara isə “xəbərdarlıq”dır. Buna görə də, silahlı qüvvələrə öz dəstəyimizi bildiririk.”
Vəliyyi-fəqihin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi dedi: “Qonşulara ciddi xatırladırıq ki, ABŞ və İsrailin fitnəkarlıqlarından ehtiyatlı olsunlar. Onların vasitəsilə qonşular arasındakı əlaqəni qarşıdurmaya sürükləməsinlər.

 
  • Yazılıb
  • da (də) 2021 Oct 10
  • Göndərən جهان کمالی