Əfqanıstanın Qunduz əyalətində məsciddə baş vermiş faciəli partlayış və çox sayda ibadət əhlinin şəhid olması ilə əlaqədar Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei başsağlığı verib.
Arannews :“Leader.ir” saytına istinadla xəbər verir ki, Ali Rəhbərin başsağlığı mesajında bu böyük cinayəti törədənlərin cəzalandırılmasının və bu cür faciələrin təkrarlanmasının qarşısını almağın vacibliyi vurğulanıb.
Başsağlığı mesajının mətni belədir:
"Bismilləhir-rəhmənir-rəhim. Qunduz əyalətinin Xanabad bölgəsinin məscidində çoxlu sayda namazqılan möminin həyatını itirməsi ilə nəticələnən acı və faciəli partlayış bizi kədərləndirdi.
Qardaş və qonşu ölkə olan Əfqanıstanın məsul şəxslərindən gözləntimiz budur ki, bu böyük cinayəti törədən qaniçənləri cəzalandırsın və bu cür faciələrin təkrarlanmaması üçün lazımi tədbirlər görsünlər.
Mütəal Allahdan bu hadisədə şəhid olanlara rəhmət və yüksək dərəcələr, yaralananlara acil şəfa, faciə qurbanlarının ailələrinə isə səbir diləyirəm!"